Alternative content

19:45 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mədəniyyət naziri Əbülfəs Qarayev özbəkistanlı həmkarı ilə görüşüb
Mədəniyyət naziri Əbülfəs Qarayev özbəkistanlı həmkarı ilə görüşüb
ANA SƏHİFƏ / Mədəniyyət
11:06 19.06.2018

İyunun 19-da mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Özbəkistanın mədəniyyət naziri Baxtiyar Sayfullayevlə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Əbülfəs Qarayev Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı sabah Naxçıvanda keçiriləcək təntənəli mərasimdə iştirak etmək dəvətini qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirib. Nazir özbəkistanlı həmkarının Azərbaycanın dilbər guşəsi olan Naxçıvana səyahətindən məmnun qalacağına əminliyini bildirib. Vurğulanıb ki, Azərbaycanın regionları ilə tanışlıq qonaqlarda ölkəmiz, həmçinin respublikamızda baş verən sosial-iqtisadi və mədəni inkişaf haqqında daha dolğun təəssürat yaradacaq.

Ölkələrimiz arasında qarşılıqlı mədəni əlaqələrin davamlı inkişafını diqqətə çatdıran Əbülfəs Qarayev deyib: “Biz indi yeni bir mərhələdə əlaqələrin bərpasına və inkişafına qədəm qoymuşuq. Mədəni əməkdaşlığımızı yeni formatda davam etdirməli, dost ölkələrimiz arasında mədəni əlaqələrin bundan sonra da inkişafını təmin etməliyik. Xalqlarımızı birləşdirən qədim tarixi köklər hər zaman bu münasibətlərin dinamik inkişafını təmin edib”.

Özbəkistanın mədəniyyət naziri Baxtiyar Sayfullayev səmimi qəbula görə təşəkkürünü bildirərək, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlərdə iştirakından məmnunluğunu bildirib. Diqqətə çatdırılıb ki, Özbəkistan həm beynəlxalq təşkilatlarla, həm də qonşu dövlətlər, xüsusilə türkdilli ölkələrlə hərtərəfli əlaqələrin qurulmasında maraqlıdır. O, Özbəkistan rəhbərliyinin də bu əlaqələrin inkişafı üçün səy göstərdiyini vurğulayıb.

Əbülfəs Qarayev qonağa Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, İSESCO və TÜRKSOY ilə reallaşdırılan birgə layihələr haqqında məlumat verib.

Görüşdə ikitərəfli mədəni əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb.