Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

12:24 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Futbol üzrə dünya çempionatının beşinci gününə İsveç – Koreya Respublikası qarşılaşması ilə start veriləcək
Futbol üzrə dünya çempionatının beşinci gününə İsveç – Koreya Respublikası qarşılaşması ilə start veriləcək
ANA SƏHİFƏ / İDMAN
10:06 18.06.2018

 

İyunun 18-də Rusiyada keçirilən futbol üzrə dünya çempionatının beşinci gününə “F” qrupunda yer alan İsveç və Koreya Respublikası milli komandalarının qarşılaşması ilə start veriləcək.

AZƏRTAC xəbər verir ki, Nijni Novqorod şəhər stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Görüşü salvadorlu referi Xoel Aquilar idarə edəcək.

Bu komandalar beynəlxalq miqyaslı turnirlərdə 1948-ci il Yay Olimpiya Oyunlarında üz-üzə gəliblər. Həmin görüşdə İsveç 12:0 hesabı ilə qələbə qazanıb. Son illərdə keçirilən üç yoldaşlıq görüşünün birində isveçlilər qalib gəlib, iki oyun heç-heçə yekunlaşıb.

Avropalılar 1958-ci ildə VI dünya çempionatına ev sahibliyi ediblər. İndiyədək 11 mundialda iştirak edən İsveç bir dəfə ikinci (1958), iki dəfə üçüncü yeri tutub (1950, 1994).

Bundan əvvəl 9 dəfə dünya çempionatlarında yer alan Koreya Respublikası yalnız bir dəfə qrupdan çıxa bilib. Cənubi koreyalılar 2002-ci ildə Yaponiya ilə birlikdə ev sahibliyi etdikləri dünya çempionatında yarımfinala qədər irəliləyiblər. Yarımfinalda Almaniya yığmasına məğlub olan ev sahibləri üçüncü yer uğrunda görüşdə Türkiyə millisinə uduzublar. Həmin oyunda Hakan Şükürün qapıdan keçirdiyi top (11-ci saniyə) dünya çempionatlarında vurulan ən erkən qol kimi tarixə düşüb.

“F” qrupunun ötən gün keçirilən ilk qarşılaşmasında hazırkı dünya çempionu Almaniya yığması Meksika millisinə minimal hesabla məğlub olub.

Günün ikinci oyununda “G” qrupunun favoritlərindən olan Belçika yığması mundialda debüt edən Panama millisi ilə üz-üzə gələcək. Saat 19:00-da Soçidəki “Fişt Arena”da başlayacaq qarşılaşmanı zambiyalı Canni Sikazve idarə edəcək.

Seçmə mərhələdə gözəl oyun nümayiş etdirən belçikalılar 9 qələbə qazanıb, bir görüşdə heç-heçə ediblər. Belçika yığması 10 oyunda rəqib qapılarına 43 dəfə yol tapıb.

İndiyədək 12 dəfə mundiallarda iştirak hüququ qazanan Belçika millisi ən yaxşı nəticəni 1986-cı ildə göstərib – dördüncü yer.

Mundialın beşinci gününə saat 22:00-da start götürəcək Tunis-İngiltərə matçı ilə yekun vurulacaq. “G” qrupunda yer alan hər iki komandanın “Volqoqrad Arena”da keçiriləcək oyununu kolumbiyalı Roldan Vilmar idarə edəcək.

Bu komandalar dünya çempionatlarında bir dəfə qarşılaşıblar. 1998-ci ildə Fransada keçirilən qrup matçında ingilislər 2:0 hesabı ilə qalib gəliblər.

İndiyədək 14 dəfə mundiallarda iştirak edən “dumanlı albion” təmsilçisi 1966-cı ildə ev sahibliyi etdikləri səkkizinci dünya çempionatının finalında Almaniya yığmasına 4:2 hesabı ilə qalib gələrək çempion olublar. Xatırladaq ki, həmin görüşdə hesab 2:2 olarkən azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun rəyi əsasında baş hakim ingilislərin hücumçusu Herstin qolunun qeydə alınması barədə qərar qəbul edib. Bu qoldan sonra bir dəfə də fərqlənən İngiltərə yığması tarixində ilk və yeganə çempionluğuna nail olub.

İngiltərə yığması mundialda yeganə komandadır ki, heyətindəki futbolçuların hamısı ölkə çempionatında – Premyer Liqada çıxış edir.

1978-ci ildə dünya çempionatlarında debüt edən Tunis millisi mundiallarda ilk qələbəsini elə həmin il qazanıb. Meksika üzərində 3:1 hesablı qələbə qazanan Tunis dünya çempionatlarında bir oyunda qalib gələn ilk Afrika ölkəsi olub. Tunis 1998-ci, 2002-ci və 2006-cı illərdə mundiallarda yer alsa da, mübarizəni qrup mərhələlərində dayandırıb.

X X X

Çempionatın beşinci gününün hər üç qarşılaşması İdman Azərbaycan kanalında və İctimai Televiziyada birbaşa yayımlanacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM