17 Iyun 2018 08:06
323
İDMAN
A- A+

“Rusiya 2018”: Çempionatın dördüncü gününə Kosta-Rika-Serbiya oyunu ilə start verilib


Gün ərzində daha iki qarşılaşma keçiriləcək

 

İyunun 17-də “Rusiya 2018”in dördüncü gününə “E” qrupunda yer alan Kosta-Rika və Serbiya milliləri arasındakı qarşılaşma ilə start verilib.

AZƏRTAC xəbər verir, “Samara Arena”da oynanılan görüşü seneqallı referi Diedhio Malanq idarə edir.

Kosta-rikalıların start heyətində meydana Kerlor Navas, Cankarlo Qonsales, Oskar Duarte, Djonni Akosta, Fransisko Kalvo, Kristian Qamboa, David Qusman, Selso Borxes, Xoan Veneqas, Brayan Ruis, Markos Urenya çıxıblar. Komandanın baş məşqçisi Oskar Ramiresdi.

Serbiya yığmasının ilk 11-liyində isə Vladimer Stoykoviç, Nikola Milenkoviç, Duşko Toşiç, Aleksandr Kolarov, Branislav İvanoviç, Nemanya Matiç, Luka Milivoeviç, Adem Lyaiç, Serqey Milikoviç-Saviç, Duşan Tadiç, Aleksandr Mitriviç yer alıblar. Serbiya millisinin məşqçisi Mladen Krıstaiçdi.

Qeyd edək ki, bu komandalar dünya çempionatlarında ilk dəfə qarşılaşırlar. Kosta-rikalılar dünya çempionatlarında indiyədək dörd dəfə iştirak ediblər. Onların ən yaxşı göstəricisi 2014-ci ildə Braziliyada keçirilən mundialda dörddəbir final mərhələsinə vəsiqə qazanmaları olub. Latın Amerikası təmsilçisi həmin çempionatda İtaliya, İngiltərə, Uruqvay komandaları ilə bir qrupda yer almışdı. Kosta-Rikanın mundiallarda debütü 1990-cı ilə təsadüf edir. Milli komandanın tarixində ən çox qol vuran oyunçu Rolando Fonseka Ximenesdir (44 qol).

                                                                                                    x x x

Gün ərzində bu oyundan sonra daha iki qarşılaşma keçiriləcək. Saat 19:00-da Moskvadakı “Lujniki” stadionunda başlayacaq ikinci oyunda “F” qrupunda yer alan dördqat dünya çempionu Almaniya yığması Meksika yığması ilə qarşılaşacaq. Bu qarşılaşmanı İdman Azərbaycan kanalı ilə yanaşı, İctimai Televiziya da yayımlayacaq.

Bakı vaxtı ilə saat 22:00-da başlayacaq sonuncu qarşılaşmada “E” qrupunda yer alan digər komandalar - Braziliya və İsveçrə yığmaları üz-üzə gələcəklər. “Rostov Arena”da baş tutan görüşü azərbaycanlı futbolsevərlər İdman Azərbaycan və İctimai Televiziyada canlı izləyə biləcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video