Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

13:57 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya çempionatının “Qızıl fit” hakimi
Dünya çempionatının “Qızıl fit” hakimi
ANA SƏHİFƏ / İDMAN
02:06 15.06.2018

 

Futbol üzrə dünya çempionatları tarixində uğur qazananlar sırasında azərbaycanlı hakim də var. Bu  Nikolay Latışevdən sonra dünya futbol çempionatında hakimlik edən ikinci sovet hakimi Tofiq Bəhramovdur (1925-1993). Onun ən böyük uğuru 1966-cı il dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyununda olub.

Bu final mundialın bütün tarixi ərzində ən maraqlı və dramatik oyunlardan biri olub. T.Bəhramov matçın yan xətt hakimi idi. Əsas vaxt heç-heçə (2:2) başa çatıb. Qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə əlavə olunub.  110-cu dəqiqədə ingilislərin hücumçusu Herst topu almanların qapısına göndərir. Top dirəyə dəyib yerə düşür. Oyunun baş hakimi, isveçrəli Dinst topun uçuş trayektoriyasını görmədiyindən özünü itirir. Lakin dərhal oyunun bütün taleyini üzərinə götürəcək adamı tapır. Dinst özünün yan xətt köməkçisinə işarə edərək son sözü onun deyil, köməkçisi - sovet hakimi Bəhramovun deyəcəyini göstərir. O isə bayrağı yellədərək mərkəzi göstərməklə ingilislərdə sevinc, almanlarda isə qəzəb doğurur.

Almanlar onu əhatəyə alaraq bu qərara etiraz edirlər, lakin Bəhramov fikrindən dönmür. Oyun davam edir, hakimin əlavə vaxtın bitdiyini bildirən fitinə az qalmış Herst bu oyun ərzində özünün üçüncü qolunu vurur. Oyun 4:2 hesabı ilə İngiltərənin xeyrinə başa çatır.

Oyundan sonra İngiltərə Kraliçası T.Bəhramova “Qızıl fit”i (o vaxtadək bu mükafat yalnız meydan hakimlərinə verilirdi) və “Qızıl ilahə”nin kiçik modelini təqdim edir. Bu gün yeni “Uembli” stadionunun muzey vitrinlərinin birində Tofiq Bəhramovun bürüncdən tökülmüş heykəli yerləşdirilib.

Tofiq Bəhramov eyni zamanda Avropa kuboklarının finallarında hakimlik edən ilk sovet arbitri  olub. Bundan başqa, 1972-ci ildə o, Argentinanın “İndependyente” və Hollandiyanın “Ayaks” komandaları arasında qitələrarası kubok uğrunda oyunu da idarə edib.

 

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM