Alternative content

07:55 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV FİFA mundialdan 6,1 milyard dollar qazanacaq
FİFA mundialdan 6,1 milyard dollar qazanacaq
ANA SƏHİFƏ / İDMAN
02:06 15.06.2018

 

FİFA Rusiyada keçiriləcək dünya çempionatından 6.1 milyard dollar gəlir götürəcək.  “The New York Times” nəşrinin verdiyi xəbərə görə, bu məbləğ 2014-cü ildə keçirilən mundialın qazancından 1.3 milyard dollar çoxdur.

Yayım hüquqlarından əldə olunan vəsait isə 2 faiz artıb. Həmçinin, FİFA sponsorluq müqavilələrindən gözləniləndən 200 milyon dollar çox gəlir əldə edəcək.

Bu, Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi nəticəsində mümkün olub. Yarışa sponsorluq edən 20 şirkətdən 7-si Çini təmsil edir. 2014-cü ildəki mundialda isə Çindən yalnız bir şirkət var idi.