Rusiya böyük hesablı qələbə ilə başladı
A qrupu
Rusiya - Səudiyyə Ərəbistanı - 5:0
Qollar: Yuri Qazinski, 12; Denis Çerışev, 43, 90+1, Artyom Dzyuba, 71; Aleksandr Qolovin, 90+4
Sarı vərəqələr: Aleksandr Qolovin, 88 - Taysir əl-Cassim, 90+3
Baş hakim: Nestor Pitana (Argentina),
Rusiya, Moskva. “Lujniki” stadionu.
Futbol dünyasının böyük səbirsizliklə gözlədiyi an gəlib çatdı. Dünən Rusiyada sayca 21-ci dünya çempionatına start verildi. Mundialın açılış matçında A qrupunda yer alan meydan sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı seçməsini qəbul etdi. Bu qrupda Uruqvay və Misir yığmalarının da mübarizə apardığını nəzərə aldıqda açılış matçını izlədikdən sonra belə qənaətə gəlmək olar ki, elə qrupun ən “zəif bəndləri” bu komandalardır.
Yəqin ki, Pelenin “Braziliya hokkey üzrə dünya çempionatının qalibi olanda Rusiya da futbolda dünya çempionluğunu qazanacaq” fikri bu dəfə də qüvvədə qalacaq. İlk görüşdə 5:0 hesablı qələbə əslində heç kimi aldatmamalıdır. Nəzərə alsaq ki, rəqib daha zəif və təcrübəsiz Səudiyyə Ərəbistanı yığmasıdır. Bunu təkcə bizlər yox, rusiyalı həmkarlarımız da bildirirlər. Rusiya KİV-i mundialın ölkələrində keçirilməsinin onlar üçün üstünlüklərindən yazarkən bunun sayəsində komandanın dünya çempionatında oynamaq imkanının olduğunu, əks halda bunun mümkünsüzlüyünü qeyd edirdilər.
Bu görüşə kimi son 7 yoxlama oyununda qələbəyə həsrət qalan ruslar 4 dəfə məğlub olub, hətta son iki qarşılaşmada qapı çərçivəsinə cəmi bir zərbə vurublar. Stanislav Çerçesov isə yeddi qələbəsiz oyunla Rusiya yığmasının bütün baş məşqçiləri arasında antirekorda imza atıb.
Hər halda qazanılan 5:0 hesablı qələbəyə baxmayaraq, bu oyunla rusların qrupdakı digər iki güclü komanda ilə görüşü ciddi sual yaradır. Argentinalı hakim Nestor Pitananın start fitindən sonra ilk 5 dəqiqə komandalar start həyəcanından nə etdiklərini heç bilmirdilər. Yeri gəlmişkən, rusların heyətində 2 legioner var ki, onlardan biri Belçikanın “Brüqqe” klubunda forma geyən ehtiyat qapıçı Vladimir Qabulov, digəri İspaniya “Vilyareal”ında oynayan yarımmüdafiəçi Denis Çerışevdir. Yığmanın heyətində Azərbaycan əsilli yarımmüdafiəçi Aleksandr Səmədovun da yer alması diqqətçəkən məqamlardan idi.
Lakin start həyəcanını tədricən üzərlərindən atan ruslar ərəblərin ard-arda etdikləri ötürmə səhvlərindən təhlükəli epizodlar yaratmağa başladılar. Bunlardan biri 12-ci dəqiqədə qolla yekunlaşdı. Yuri Qazinski baş zərbəsi ilə mundialın ilk qoluna imzasını atdı.
Qoldan sonra özünə gələ bilməyən S.Ərəbistanı yığmasının müdafiədən oyunu qura bilməməsi, xətlər arasında əlaqənin olmaması və bunun nəticəsində itirilən hər top rusların ciddi hücumları ilə yekunlaşırdı. Belə epiozadlardan birində Denis Çerışev 43-cü dəqiqədə hesab arasındakı fərqi 2 topa çatdırdı.
Fasilədən sonra tədricən oyunu meydançanın rəqibə aid hissəsində qurmağa çalışan ərəblər təcrübəsizliyin qurbanı oldular. Müdafiədə oyunçu bölgüsündə ciddi səhvlərə yol verən komanda qapısında 3-cü qolu gördü. Artyom Dzyuba 71-ci dəqiqədə adını tabloya yazdırdı. Hakimin oyunun əsas vaxtına əlavə etdiyi ilk dəqiqədə Denis Çerışev özünün ikinci, komandasının 4-cü qolunu vurdu. Oyuna son nöqtəni isə 94-cü dəqiqədə Aleksandr Qolovin qoydu-5:0.
Beləliklə, elə də yüksək səviyyədə oyunun nümayiş olunmadığı görüşdə Rusiya yığması S.Ərəbistanı seçməsinə 5:0 hesabı ilə qalib gələrək mundiala doğma divarlar arasında qələbə ilə başladı.
Elçin CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!