Alternative content

22:26 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moskvadakı “Lujniki” stadionunda futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
Moskvadakı “Lujniki” stadionunda futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
ANA SƏHİFƏ / İDMAN
11:06 14.06.2018

İyunun 14-də Rusiyanın paytaxtı Moskvadakı “Lujniki” stadionunda futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, dörd il əvvəl Braziliyadakı mundialın finalında Mario Qötzenin Almaniyaya qələbə gətirən qolundan düz 1432 gün sonra dünya futbolunun qəlbi Moskvada döyünməyə başlayıb.

Futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasimində ingiltərəli məşhur müğənni Robbi Uilyams və rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina öz ifaları ilə arenaya toplaşan azarkeşlərə xoş anlar bəxş ediblər.

Açılış mərasimində çıxış edən Rusiya Prezidenti Vladimir Putin turnirin qonaqlarını və azarkeşləri əfsanəvi “Lujniki” stadionunda salamlamaqdan məmnunluğunu bildirib, planetimizin əsas idman tədbiri münasibətilə dünya futbol ailəsinə təbriklərini çatdırıb. Bu möhtəşəm tədbirin Rusiyada ilk dəfə keçirildiyini qeyd edən Vladimir Putin futbolu “ilk baxışdan məhəbbət” adlandırıb. Prezident deyib: “Biz bu möhtəşəm idman tədbirinə məsuliyyətlə yanaşmışıq və futbol bayramının yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni etmişik”.

Futbol azarkeşlərini rus, ərəb və ingilis dillərində salamlayan FIFA prezidenti Cianni İnfantino hamını dünyanın ən böyük idman bayramından zövq almağa səsləyib.

Dünya çempionatında 32 milli komanda mübarizə aparır. Millilər hər birində dörd komanda olan səkkiz qrupda yer alıblar:

 

“A” qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir və Uruqvay;

“B” qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran;

“C” qrupu: Fransa, Avstraliya, Peru, Danimarka;

“D” qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya;

“E” qrupu: Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya;

“F” qrupu: Almaniya, Meksika, İsveç, Koreya Respublikası

“G” qrupu: Belçika, Panama, Tunis, İngiltərə;

“H” qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya.

 

Hər qrupda ilk iki yeri tutan komandalar səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaqlar.

Dünya çempionatının qrup mərhələsinin oyunları iyunun 14-dən 28-dək keçiriləcək. Bir günlük istirahətdən sonra - iyunun 30-da start veriləcək səkkizdəbir final mərhələsinə iyulun 3-də yekun vurulacaq. İyulun 4-ü və 5-i çempionatda növbəti istirahət günləri olacaq. İyulun 6-da və 7-də dörddəbir, iyulun 10-da və 11-də yarımfinal görüşləri keçiriləcək. İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

“Rusiya 2018”də dünya çempionatları tarixində ilk dəfə olaraq videonəzarət (VAR) sistemi tətbiq ediləcək.