Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:29 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Kaluqa vilayətində tələbələrin “Turizm toplantısı” turniri keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Kaluqa vilayətində tələbələrin “Turizm toplantısı” turniri keçirilib
ANA SƏHİFƏ / İDMAN
05:06 14.06.2018

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsünə əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasının Kaluqa vilayətində şəhərətrafı “PineRiver” otelində tələbələrin “Turizm toplantısı” turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev açılış mərasimində idman toplantısının iştirakçılarını salamlayaraq, gənclər təşkilatı tərəfindən keçirilən idman tədbirlərinə göstərilən marağa görə onlara təşəkkürünü bildirib.

E.Hacıyev gənclərə RAGB-nin fəaliyyəti barədə, görülmüş işlər və gələcək planlar barədə məlumat verib. O deyib: “Leyla xanım Əliyeva bu yaxınlarda, mayın 31-də Həştərxanda RAGB-nin regional nümayəndəliklərinin üzvləri ilə görüşüb. Mühüm məsələlər qaldırılan görüşün iştirakçıları fikir mübadiləsi aparıb, qarşıdakı vəzifələri müzakirə ediblər. Leyla xanım öz çıxışında RAGB-nin idman layihələrinə diqqəti cəlb edib, bizim fəalların bu sahədə qazandığı uğurları qeyd edib. Mənə çox xoşdur ki, siz hamınız sağlam həyat tərzinə böyük diqqət yetirirsiniz. Bizim bugünkü turnirimiz Azərbaycanın istedadlı gənclərini birləşdirir, onların vətənpərvərlik ruhunu möhkəmlədir. Bütün bunlar bizim təşkilatın əsasını təşkil edir. Qarşıda bizi maraqlı layihələr gözləyir. Sizi bu layihələrdə görməyə şad olarıq. Mən hər birinizə yaxşı oyun və gümrahlıq arzu edirəm”.

Sonra komandalar təqdim edilib, onlara təlimat verilib, daha sonra Rusiya Federasiyasının, Azərbaycan Respublikasının və RAGB-nin bayraqları qaldırılıb.

İdman-sağlamlıq turnirinin ən güclü və ən yaxşı iştirakçıları adı uğrunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (MDU), RF Hökuməti yanında Maliyyə Universitetini, Ali İqtisad Məktəbini, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini (MDTU), Q.V.Plexanov adına Rusiya İqtisad Universitetini (RİU), Moskva Dövlət Pedaqoji Universitetini (MDPU), RAGB-nin Kaluqa regional bölməsini təmsil edən 12 komanda mübarizə aparıb.

Yarışlarda RAGB-nin 100-ə yaxın fəal üzvü iştirak edib. Onlar “Friroup”, “Skaladrom”, Kamandan oxatma, “Yüksək şəhərcik”, “Turizm zolağı”, Kanoedə üzmə və digər növlərdə güclərini sınayıblar.

Yarışların yekunlarına əsasən “Panterı” komandası (İ.M.Seçenov adına MDTU) oyunun qalibi olub. İkinci yeri MDPU-nun “Şirlər” komandası, üçüncü yeri MADİ-nin “Qorillalar” komandası tutub. “Canavarlar”, “Şahinlər”, “Ayılar” komandaları qələbə əzminə görə təltif ediliblər.

İdman yarışlarının iştirakçıları bu münasibətlə təşkil edilmiş səhra mətbəxində qidalanıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM