Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

22:53 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Əhəd Yaqubov Azərbaycanda geologiya elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr verib
Akademik Əhəd Yaqubov Azərbaycanda geologiya elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr verib
ANA SƏHİFƏ / Elm və texnika
03:06 14.06.2018

İyunun 14-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ölkəmizdə palçıq vulkanizmi sahəsi üzrə görkəmli geoloq-alim, böyük ictimai xadim, elm təşkilatçısı, pedaqoq, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, SSRİ-nin fəxri neftçisi, akademik Əhəd Yaqubovun anadan olmasının 110 illiyinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları birinci Fəxri xiyabana gələrək görkəmli alimin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Prezident İlham Əliyevin “Akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 29 mart tarixli Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb.

Akademik A.Əlizadə bildirib ki, Ə.Yaqubov Azərbaycanda geologiya elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr verib, yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib. Onun verdiyi proqnoz nəticəsində sonralar Neft Daşları, Səngəçal-dəniz, Duvannı (Zənbil) adası, Bulla (Xərə-Zirə) adası kimi zəngin neft yataqları aşkar edilib.

Azərbaycanın palçıq vulkanlarının hərtərəfli tədqiqinin, palçıq vulkanizminin elmi və praktiki məsələlərinin araşdırılmasının akademik Ə.Yaqubovun adı ilə bağlı olduğunu deyən AMEA rəhbəri onun 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının İ.Qubkin adına Geologiya İnstitutunda keçmiş SSRİ-də ilk palçıq vulkanizmi laboratoriyasını təşkil etdiyini, həmçinin Almaniyada “Azərbaycanın palçıq vulkanları atlası”nı nəşr etdirdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, həmin atlas SSRİ-nin tanınmış alim və istehsalatçıları tərəfindən palçıq vulkanizmi üzrə ensiklopedik vəsait kimi qiymətləndirilib.

AMEA-nın prezidenti görkəmli alimin həm də böyük ictimai xadim fəaliyyətindən söz açıb, onun müxtəlif illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK katibinin müavini və MK-nın neft sənayesi üzrə şöbə müdiri, SSRİ-nin İrandakı səfirliyinin məsləhətçisi–işlər vəkili olduğunu bildirib.

Ə.Yaqubovun neft-qaz sahəsindəki xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini deyən A.Əlizadə onun bir sıra orden və medallarla təltif edildiyini vurğulayıb. Qeyd edilib ki, Ə.Yaqubovun elmi və təşkilatı fəaliyyəti Azərbaycan geoloq alimlərinin gənc nəsli üçün ibrətamiz həyat örnəyidir.

Sonra AMEA Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin “Akademik Ə.Yaqubov Azərbaycanda palçıq vulkanizminin banisidir” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, akademik Ə.Yaqubov indiki Azərbaycan Neft və Sənaye Universitetini bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında geoloji sektorun əməkdaşı və elmi katibi vəzifəsində çalışıb. O, 200-dən çox elmi əsərin və hesabatın, o cümlədən 20 kitab və dərs vəsaitinin müəllifi olub. Alimin bir qrup müəlliflə birgə yazdığı “SSRİ-nin neftli-qazlı əyalətləri və vilayətləri” dərsliyi İ.Qubkin mükafatına layiq görülüb. Bütün həyatını palçıq vulkanlarının öyrənilməsinə həsr etmiş Ə.Yaqubovun arzusunu onun vəfatından sonra tələbələri və ardıcılları həyata keçiriblər.

A.Əliyev alimin rəhbərliyi ilə Geologiya İnstitutunun yaradılan laboratoriyanın hazırda palçıq vulkanizmi problemi üzrə əsas elm mərkəzi kimi tanındığını bildirib. Qeyd olunub ki, 1974-cü ildə tərtib edilən “Azərbaycanın palçıq vulkanları” xəritə-maketə görə Ə.Yaqubov SSRİ Ümumittifaq Xalq Təsərrüfatı Sərgisinin gümüş medalına, Geologiya İnstitutu isə birinci dərəcəli diploma layiq görülüb.

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Ə.Yaqubov: Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi – görkəmli alim-geoloq” mövzusunda məruzə ilə çıxış edib. Alim akademik Ə.Yaqubovun XX əsr Azərbaycan elminin parlaq simalarından biri kimi səciyyələndirib, onun ADNSU-nun sələfi, ozamankı Azərbaycan Sənaye Universitetində təhsil aldığı və daha sonra çalışdığı dövr haqqında məlumat verib. 1941-ci ildə Ə.Yaqubovun SSRİ Elmlər Akademiyasının Yanar Qazıntı Yataqları İnstitutunun elmi şurasında görkəmli akademik N.Zelinskinin sədrliyi ilə keçirilən müdafiədə birbaşa doktor dərəcəsi aldığını söyləyən rektor onun palçıq vulkanları üzrə tanınmış alim olduğunu vurğulayıb.

M.Babanlı bildirib ki, 70 illik ömrünün 45 ilini palçıq vulkanları probleminə və neft-qaz yataqlarının axtarışına həsr edən akademik Ə.Yaqubov Moskvada İ.Qubkin adına Neft İnstitutunun rəhbəri olmaq təklifini qəbul etməyərək həyatını xalqına, gələcək geoloq-neftçilərin, o cümlədən vulkanoloqların yetişdirilməsinə həsr edib. Əzmkar fəaliyyəti ilə özündən sonra elmi məktəb qoyan alim Azərbaycan dilində geologiya sahəsində ilk dəfə yazılan dərsliklərin, bir sıra elmi-metodik işlərin müəllifi olub.

Daha sonra akademik Xoşbəxt Yusifzadə və digərləri çıxış edərək görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Tədbirdə akademik Əhəd Yaqubovun həyat və yaradıcılığına həsr olunan sənədli film nümayiş etdirilib.

Sonda alimin ailəsi adından çıxış edən Rasim Yaqubov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM