Alternative content

02:16 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyədə Milli Qəhrəman Mübariz İbrahimov haqqında kitab nəşr edilib
Türkiyədə Milli Qəhrəman Mübariz İbrahimov haqqında kitab nəşr edilib
ANA SƏHİFƏ / Mədəniyyət
03:06 14.06.2018

Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən kitab çap olunub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Milli Qəhrəmanın şərəfli həyat yolu şair-tərcüməçi Yurtseven Şenin müəllifi olduğu “Mübariz” adlı romanla türkiyəli oxuculara təqdim edilib. “Zengin Yayıncılık” nəşriyyatında çapdan çıxmış kitabın nəşrində məqsəd Mübariz İbrahimovun şücaətini qardaş ölkədə tanıtmaqdır.

“Mübariz” romanı Yurtseven Şenin Azərbaycan haqqında qələmə aldığı ikinci kitabdır. 2017-ci ildə 20 Yanvar faciəsinə həsr olunan “Ferize. Kanlı Yanvar” adlı kitab ərsəyə gətirilmişdi.

Y.Şen, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Zengin Yayıncılık” nəşriyyatı ilə birgə həyata keçirdiyi “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi üzrə Türkiyədə çap olunan 10-dan artıq Azərbaycan klassik ədəbiyyatı nümunələrinin tərcüməçisidir.

Qeyd edək ki, iyunun 19-da Türkiyənin İğdır şəhərində “Mübariz” romanının təqdimat mərasimi və imza günü keçiriləcək. Həmçinin yaxın vaxtlarda Bakı şəhərində kitabın təqdimat mərasiminin təşkili planlaşdırılır.