Alternative content

19:47 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu gün respublikanın ümumtəhsil məktəblərində 80 mindən çox məzun üçün “son zəng” çalınır
Bu gün respublikanın ümumtəhsil məktəblərində 80 mindən çox məzun üçün “son zəng” çalınır
ANA SƏHİFƏ / Təhsil
12:06 14.06.2018

İyunun 14-də 2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI sinfini bitirən 83.001 şagird üçün “son zəng” çalınır.

AZƏRTAC xəbər verir ki, cari tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX sinfini 111.257, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 şagird bitirir.

2017-2018-ci tədris ilində respublika üzrə 4442 ümumtəhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93.960 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb olunacaq uşaqların sayının beşyaşlıların 75 faizini təşkil edəcəyi gözlənilir. 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin birinci siniflərinə 165.780 uşağın qəbulu proqnozlaşdırılır.

Təhsil naziri Ceyhun Bayramov “son zəng” tədbiri haqqında əmr imzalayıb. Əmrə əsasən, “son zəng” tədbirləri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. Sənəddə məktəb rəhbərlərinə “son zəng” tədbirlərinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının dəvət olunması tövsiyə edilib.

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrinin rəhbərləri tərəfindən “son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi məsələləri də əmrdə əksini tapıb.