Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:42 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İslam dünyasının həmrəylik bayramı
İslam dünyasının həmrəylik bayramı
ANA SƏHİFƏ / Mədəniyyət
01:06 14.06.2018

 

Prezident İlham ƏLİYEV: “Azərbaycanda həm dövlət-din əlaqələri, həm dinlərarası əlaqələr nümunəvi xarakter daşıyır. Bilirəm ki, bu məsələlərlə bağlı Azərbaycan modeli bu gün artıq dünyada bir çox yerlərdə öyrənilir. Bu bizim uğurlu inkişafımız üçün lazımdır. Bu, dövlət siyasətimizin təzahürüdür. Eyni zamanda bu, cəmiyyətimizin vəziyyətini, cəmiyyətdə mövcud olan ab-havanı əks etdirir”.

Bu gün mübarək orucluq ayı başa çatır. Sabah müsəlman dünyası Ramazan bayramını qeyd etməyə başlayacaq. Hicri-qəməri təqvimlə şəvval ayının 1-də başlayan və bir neçə gün davam edən bayram orucluğun qurtarması ilə əlamətdardır. Bu bayram Allah-təalanın mömin bəndələrinə bir ay boyunca tutduqları oruc müqabilində mükafatıdır.
Ramazan bayramında oruc tutmaq haramdır. Müsəlmanlar bayram günü çimib təmizlənir, təzə və ya təmiz paltar geyirlər. Hamı bir-birini bayram münasibətilə təbrik edir, bir-biri üçün Tanrıya dua edir.
Hər bir müsəlman üçün bir ay oruc tutmaq fərz olduğu kimi, Ramazan bayramında fitrə zəkatı vermək də vacibdir. Hədisi-şərifdə deyilir ki, Allah bəndəsindən tələb olunan fitrə verilməyənədək Ramazan ayında tutulmuş oruc Yerlə göy arasında asılı qalır.
Müsəlman fitrə zəkatını bəxş etdiyi nemətlərə görə uca Yaradana şükür etmək, bayram günü kasıbları sevindirmək, oruc vaxtı buraxılmış səhvlərdən təmizlənmək üçün verir. Fitrəni yalnız imkanlı müsəlmanlar çıxarmalıdırlar.
Ailə sahibi ailənin hər bir üzvünün adından fitrə verməlidir.
Vaxtilə fitrə buğda, arpa, xurma, düyü, kişmiş və s. ərzaq məhsullarından adambaşına təxminən 3 kiloqram həcmində ödənilirdi. Zaman keçdikcə kasıblara və ehtiyacı olanlara münasibətdə göstərilən bu xeyirxahlıq başqa formalar da almışdır. İndi fitrəni pul şəklində də verirlər. Əslində, bu, daha münasibdir. Belə ki, fitrəni pul kimi qəbul edən şəxs onu öz ehtiyaclarına uyğun şəkildə xərcləmək imkanı əldə edir. Özü də fitrə yalnız halal maldan verilməlidir.
Fitrə bayram namazı başlayanadək çıxarılmalıdır. Əks təqdirdə, bu, fitrə hesab olunmur, adi sədəqə sayılır. Fitrəni bayramdan bir-iki gün əvvəl də çıxarmaq olar.
Çıxarılan fitrə ilk növbədə ehtiyacı olan qohumlara, qonşulara, tanışlara, eləcə də digər insanlara verilir. Fitrə bir kasıbın azı birgünlük qida ehtiyacını ödəməlidir. İmkanlı müsəlmanlar daha çox fitrə çıxarıb savab qazanırlar. Özü də bir şəxsin fitrəsi bir kasıba da verilə bilər, bir neçə kasıb arasında da bölünə bilər.
Ramazan bayramının fəzilətləri təkcə fitrə çıxarmaqla məhdudlaşmır. Bayram günlərində müsəlman ailələrində şənlik əhvali-ruhiyyəsi hökm sürür. Uşaqlara hədiyyələr verilir, qonşular, dostlar bir-birinə qonaq gedir, bayram sovqatları aparırlar. Qohum-əqrəba bir yerə toplaşır, bayramı birlikdə qeyd edirlər. İncikliklər aradan qaldırılır, küsülülər barışırlar.
Ramazan bayramı həm də müsəlmanların həmrəyliyini, birliyini, onların arasında qarşılıqlı anlaşmanı möhkəmlədən mühüm hadisədir. Bayramın davam etdiyi günlərdə insanlar bir-birinə qəlbən daha yaxın olur, bayram sevincini bölüşürlər.
Bütün müsəlman dünyasında olduğu kimi, ölkəmizdə də Ramazan bayramı yüksək səviyyədə qeyd edilir. İnsanları şənlik, fərəh duyğuları bürüyür. Bayram münasibətilə iki gün qeyri-iş günü elan edilir. Halbuki sovet dövründə xalqımız belə bir imkandan məhrum idi. Milli müstəqilliyin bərpasından sonra ölkəmizdə dövlət-din münasibətləri nizama salınmış, etiqad azadlığı təmin edilmişdir. Ateist sovet rejiminin inanclı insanlara dözümsüz münasibətini, cəmiyyətə aşıladığı mənəviyyatsızlığı müasir tələblərə cavab verən dövlət siyasəti əvəz etmişdir. Bu siyasətin əsas istiqamətlərindən biri də yeni məscidlərin inşası, mövcud məscidlərin təmir və bərpa olunub möminlərin ixtiyarına verilməsidir. Sovet dövründə ölkədə cəmi 17 məscid fəaliyyət göstərirdi. Milli müstəqilliyin bərpasından bəri isə təxminən 2 min məscid inşa olunmuşdur. Vaxtilə bolşeviklərin dağıtdığı Bibiheybət məscidi yenidən inşa olunmuş və paytaxtın memarlıq inciləri sırasında yerini almışdır. Ölkədə ən qədim ibadətgah olan Şamaxı Cümə məscidi tamamilə yenidən qurulmuşdur. 2014-cü ilin axırlarında paytaxtda daha bir əzəmətli ibadətgah və möhtəşəm memarlıq əsəri - ümummilli lider Heydər Əliyevin adını daşıyan Heydər məscidi möminlərin istifadəsinə verilmişdir.
Keçən il Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilmişdir. Uzun fasilədən sonra bu kənddə azan səsi eşidilir. Ən qədim məscidlərimizdən biri olan Şamaxı rayonunun Dəmirçi kəndindəki məscid ötən il əsaslı şəkildə təmir edilmişdir. Bu il Bakıda Hacı Cavad məscidinin yeni binası inşa edilib qapılarını möminlərin üzünə açmışdır. Eyni zamanda Bakıda XIX əsrdə inşa edilmiş və Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş İmam Hüseyn məscidi açılışa hazırdır. Bu istiqamətdə tədbirlər davam edir, həm dövlət, həm də ictimai təşkilatlar öz töhfəsini verir.
Digər tərəfdən, ölkə rəhbərliyi dövlət-din münasibətlərini daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycanda din dövlətdən ayrıdır, ancaq dövlət dindarlara daim dəstək, dayaq olur”. Dövlət başçısının özü müntəzəm olaraq dini mərasimlərdə iştirak edir. Prezident İlham Əliyev hər il orucluq ayında Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi iftar mərasiminə qatılıb möminlərlə bir araya gəlir. Cari ayın 6-da dövlət başçısı iftar mərasimində növbəti dəfə iştirak etmişdir. Həmişə ölduğu kimi, mərasimə digər iki səmavi dinin - xristianlıq və iudaizmin təmsilçiləri də dəvət olunmuşdular. Budəfəki görüşdə bir sıra digər məsələlərlə yanaşı, ölkədə mövcud dini vəziyyətə, dinlərarası münasibətlərə bir daha toxunuldu. Görüş iştirakçılarının çıxışlarında birmənalı şəkildə vurğulandı ki, Azərbaycan Respublikasında dini və mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət yaradılmışdır və bu cəmiyyətdə milli mənsubiyyətindən, dini etiqadından asılı olmayaraq, hamı qardaş kimi yaşayır.
Bayramınız mübarək olsun! Allah çıxardığınız fitrənin əvəzini versin!

Allahverdi MEHDİYEV,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM