Alternative content

02:19 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Viruslar antibiotikləri əvəzləyə bilər
Viruslar antibiotikləri əvəzləyə bilər
ANA SƏHİFƏ / Səhiyyə
07:06 13.06.2018

Antibiotiklərin viruslarla əvəzlənməsi təsəvvür edildiyi qədər qorxulu iş deyildir. Müəyyən bakteriyalara qarşı mübarizə aparan bəzi viruslar həqiqətən də dərman qutusundakı antibiotikləri əvəzləyə bilər.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, antibiotiklərə qarşı rezistentlik problemi müasir tibbin ən kəskin problemlərindən biridir. Bu səbəbdən xəstəliklərə qarşı mübarizə aparmaq getdikcə çətinləşir, hətta asanlıqla müalicə olunan süzənək də əsl fəlakətə çevrilir. Yeni tədqiqat ümid verir ki, alimlər antibiotiklərin səmərəli əvəzləyicisini tapa bilərlər və bu əvəzləyici viruslar ola bilər.

Virus adətən epidemiya ilə assosiasiya olunur. Epidemiyalar zamanı xəstəlik törədən parazitlər insanlara böyük ziyan vurur. Əslində isə virusların çoxu bizim üçün zərərsizdir və bakteriyaların düşmənidir. Təkcə bakteriyalara hücum edən virusları bakteriofaqlar adlandırırlar. Bu viruslar bakteriyalara qarşı mübarizə aparmağa ideal namizəddir.

Bir qrup tədqiqatçı bakteriofaqların xəstəliklərə qarşı mübarizədə nə dərəcədə səmərəli olduğunu və pasiyentlərə hər hansı kənar təsir göstərib-göstərmədiyini müəyyənləşdirmək üçün klinik sınaqlar aparıb. Məlum olub ki, bakteriofaqlar nəinki bakteriyaları zərərsizləşdirir, eyni zamanda antibiotiklər kimi kənar təsir göstərmir, yəni immun sistemini zəiflətmir, mədə-bağırsaq sistemində problemlər yaratmır. Bu ona görə baş verir ki, bütün bakteriyalara zərbə vuran antibiotiklərdən fərqli olaraq, bakteriofaqlar bakteriyaların spesifik tipini zərərsizləşdirir.

Belə çıxır ki, xəstəliklərə qarşı mübarizədə viruslardan istifadə etmək daha yaxşıdır. Bunun üçün xəstəlik törədən bakteriyanın növünü seçmək və müvafiq bakteriofaqı yeritmək lazımdır. Bu bakteriofaq insanın mikrobiomundakı kövrək tarazlığı pozmadan problemi həll edir. Əlbəttə, tezliklə virusları apteklərdə satmaq üçün bir klinik test yetərli deyildir, amma bu tədqiqat irəliyə doğru atılmış böyük addımdır.