Alternative content

07:54 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “İnformasiya əldə etmək haqqında” Qanunda dəyişiklik ediləcək
“İnformasiya əldə etmək haqqında” Qanunda dəyişiklik ediləcək
ANA SƏHİFƏ / PARLAMENT
03:06 13.06.2018

İyunun 13-də Milli Məclisin insan hüquqları komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə deputatlar insan hüquqları komitəsinin sədr müavini Yevda Abramovu 70 illik yubileyi və bu münasibətlə Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeninə layiq görülməsi ilə əlaqədar təbrik ediblər.

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova gündəliyi təqdim edib.

İclasda “İnformasiya əldə etmək haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirib ki, qanun layihəsinə əsasən sənədin 30.1-ci maddəsinə yeni cümlənin əlavə olunması nəzərdə tutulub. Təklif edilən dəyişikliyə əsasən büdcə təşkilatının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatların, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu səlahiyyət Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək. Nəzərdə tutulan dəyişikliyin tətbiqi ilə çoxsaylı informasiya sorğularının sayı azaldılacaq, informasiya əldə edilməsində şəffaflıq artırılacaq və ictimai nəzarət imkanları gücləndiriləcək.

Diqqətə çatdırılıb ki, indiyə kimi “İnformasiya əldə etmək haqqında” Qanuna 2010-2017-ci illərdə 32 müvafiq dəyişiklik edilib.

Sonra deputatlar qanun layihəsi haqqında fikir və təkliflərini səsləndiriblər.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.