12 Iyun 2018 09:06
352
Məktublar
A- A+

Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Vyetnam Hökuməti və xalqı adından Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

İstər regional, istərsə də qlobal səviyyədə Azərbaycanın rolunu və mövqeyini gücləndirən quruculuq və inkişaf prosesində Zati-alinizin rəhbərliyi ilə xalqınızın böyük nailiyyətlər əldə etməsi Vyetnamda daim izlənir və biz bundan sevinc hissi keçiririk.

Vyetnam və Azərbaycan nəsillər boyunca hər iki ölkənin liderləri və xalqları tərəfindən yaradılan, təkmilləşdirilən ənənəvi dostluq münasibətlərinə malikdir. Vyetnam hər iki xalqın maraqları naminə bu səmərəli əlaqələri daim dəyərləndirir və daha da gücləndirməyi arzulayır.

Vyetnam ilə Azərbaycan arasında bir çox sahələrdə hər iki ölkənin maraqlarına cavab verən əməkdaşlığın nəticələrini yüksək qiymətləndirirəm. Tam əminəm ki, liderlərimizin və xalqlarımızın güclü siyasi iradəsi ilə Vyetnam və Azərbaycan arasında dostluq münasibətləri və əməkdaşlıq hər iki ölkənin inkişafına, bölgədə və dünyada sülhə, sabitliyə, rifaha əhəmiyyətli dərəcədə töhfə verərək səmərəli şəkildə dərinləşəcəkdir.

Zali-aliləri, Sizə cansağlığı və şərəfli fəaliyyətinizdə uğurlar, Azərbaycana və Azərbaycan xalqına daha çox firavanlıq və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

 

Çan Day Kuanq

Vyetnam Sosialist Respublikasının Prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video