Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

02:35 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
09:06 12.06.2018

İyunun 12-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Əli Hüseynli gündəliyə bir sıra qanunlara nəzərdə tutulan dəyişikliklərlə bağlı məsələlərin daxil edildiyini bildirib.

İclasda iştirak edən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Natiq Qəmbərov “Notariat haqqında” qanuna edilən dəyişikliklər barədə məlumat verib. Qeyd edilib ki, qanunun 76-cı maddəsi yeni redaksiyada verilib. Düzəlişə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydi tələb etmək hüququnun yarandığı gündən Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, hüquqi və fiziki şəxslər elektron imzadan istifadə etməklə elektron formada, fiziki şəxslər həm də yazılı şəkildə notariat kontorlarına müraciət edə bilərlər.

Yeni variantda təqdim olunan 79-cu maddəyə görə, icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir.

Diqqətə çatdırılıb ki, “İcra haqqında” qanuna da notariusların icra qeydlərinin icra prosedurunun təkmilləşdirilməsi ilə əlaqədar bəzi düzəlişlər edilib. Qanunun 23.3-cü maddəsinə edilən əlavədə deyilir ki, bu qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər.

Sonra komitə sədri Əli Hüseynli İnzibati Prosessual Məcəlləsindəki dəyişikliklərin mahiyyəti barədə söhbət açıb. Bildirilib ki, sənədə Milli Məclis deputatının mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair iddia üzrə icraatla bağlı yeni fəsil əlavə olunur.

Yeni fəsildə deyilir ki, yuxarıda adıçəkilən iddia ərizəsi apellyasiya instansiyası məhkəməsinə həmin qərar rəsmi dərc edildiyi gündən 10 gün müddətində verilir. Ərizə məhkəmə tərəfindən 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.

Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin və Mərkəzi Seçki Komissiyasının nümayəndəsinin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Ali Məhkəmə şikayətə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb, qərar qəbul etməlidir.

İclasda, bununla yanaşı, İnzibati Xətalar, Cinayət, Mülki Prosessual, Cinayət Prosessual, Cəzaların İcrası məcəllələrinə, “Yol hərəkəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İcra məmurları haqqında”, “Polis haqqında”, “Feldyeger rabitəsi haqqında” qanunlara dəyişikliklərin edilməsi barədə, “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında” sənədlərə baxılıb. Qeyd edilib ki, dəyişikliklər texniki xarakter daşıyır.

Komitə üzvləri gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə etdilər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM