12 Iyun 2018 12:06
518
Mədəniyyət
A- A+

Azərbaycan iki nümayəndə ilə Parisdə UNESCO-nun Mənzil-Qərargahında İCOM-un Baş Assambleyasının 33-cü iclasında təmsil olunmuşdu


Parisdə, UNESCO-nun Mənzil-Qərargahında 6-8 iyun 2018-ci il tarixində Beynəlxalq Muzeylər Şurası olan İCOM-un Baş Assambleyasının 33-cü iclası keçirilmişdir. İCOM-un Milli və Beynalxalq komitələrinin üzvü, “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov və İCOM-un Milli komitəsinin katibi Əminə Məlikova keçirilən iclasda iştirak ediblər. İclas zamanı təşkilatın milli və beynəlxalq komitələri arasındakı əməkdaşlıq, təşkilatın ötən ildəki görülən işlərin hesabatları dinlənilərək muzakirələr keçirilmiş, təşkilatın maliyyə məsələrinə dair hesabatları dinlənilmişdir. Bu ilki iclasda, 2022-ci ildə İCOM-un Baş Konfransının hansı şəhərdə keçiriləcəyinin seçkisi baş tutdu. 2022-ci ildə keçiriləcək Baş Konfransın keçiriləcək namizəd ölkə və şəhər sırasında Çex Respublikasının paytaxtı Praqa, Norveç Krallığının paytaxtı Oslo və Misirin İsgəndəriyyə şəhərləri olmuşdur. Seçkinin nəticəsi olaraq, 2022-ci ildə İCOM-un Baş Konfransının keçiriləcəyi şəhər 67% səs üstünliyyi ilə Misirin İsgəndəriyyə şəhəri qalib qəlmişdir. Belə ki, Beynəlxalq Muzeylər Şurasının rolu - cəmiyyətin inkişafına və xeyrinə işləmək, mədəni dəyərlərin qorunması üçün çalışmaqdan ibarətdir. Bundan əlavə, Beynəlxalq Muzeylər Şurasının funksiyaları aşağıdakılardır; Muzeylər üçün ümumi olan dizayn, idarə metodu, standartlar, kolleksiyaların tərtibatı və sərgilərin təşkilinin ümumi prinsipləri;


1. iştirakçı ölkələrin diplomatik nümayəndələri üçün aparıcı forum meydanı, mədəniyyətə görkəmli töhfələr verən beynəlxalq ekspertlərin toplanması;
2. müəssisələr şəbəkəsinin inkişafını və muzey mütəxəssislərinin professional potensialının gücləndirilməsi;
3. muzey icmasının xeyrinə müvafiq sahələrdə tədqiqatların aparılması;
4. bilik mübadiləsinə şərait yaradaraq, özünəməxsus mədəni irsin hər bir xalqın mədəniyyətə aid olunmasına dəstək vermək.

 

O cümlədən, İCOM-un missiyasına aşağıdakılar daxildir:

 

1. mədəni mülkiyyətin qanunsuz dövriyyəsinə qarşı mübarizə;

2. riskin idarə olunması;

3. mədəniyyətin və biliyin inkişafı;

4. maddi və qeyri-maddi irsin nümunələrinin qorunmnası.

 

Beynəlxalq Muzeylər Şurası, beynəlxalq missiyasını həyata keçirərkən - regional qurumlarla, hökumətlərarası, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Qeyd etmək lazımdır ki, Misirin İsgəndəriyyə Kitabxanası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsinə yüksək diqqət yetirir. 2014-ci ildən İsgəndəriyyə Kitabxanasında Nizami Gəncəvi İrsi-nin kataloqunun hazırlanmasına başlanılıb. Kataloqda Nizami Gəncəvi irsini araşdıran dünya tədqiqatçılarının bütün əlaqələri, "Xəmsə"nin əlyazmalarının dünya arxivlərində mövcud olan nüsxələrinin qeydiyyatı, Nizami Gəncəvi irsinə həsr olunmuş kitablar, araşdırmalar, məqalələr, analizlər daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video