12 Iyun 2018 02:06
693
İDMAN
A- A+

Azərbaycanın Pelesi

 

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da futbolun zəngin tarixi və ənənələri olub. XX əsrdə Azərbaycanda dünya səviyyəli futbolçular, məşqçilər və hakimlər yetişib. Belə futbolçulardan biri də Anatoli Banişevski (1946-1997) idi.

O, peşəkar karyerası ərzində “Neftçi” komandasında çıxış edib, qısa müddət ərzində vurduğu qollarla azarkeşlərin sevimlisinə çevrilib.  Burada parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında SSRİ milli komandasına cəlb edilib. Tezliklə o, məşqçilərin ümidlərini doğruldaraq yığmada keçirdiyi 3-cü oyununda 3 dəfə fərqlənib.

Eyni zamanda, Banişevski dünya çempionatında iştirak edən ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb. O, 1966-cı ildə İngiltərədə təşkil olunmuş mundialda SSRİ yığmasının formasını geyib. Qrup mərhələsi çərçivəsində keçirilən SSRİ-Şimali Koreya matçı Azərbaycan futbol həvəskarlarının diqqət mərkəzində olmuşdur. Çünki koreyalılara qarşı oyunda qol vuran Banişevski həm də böyük hesablı qələbənin təməlini qoymuşdur - 3:0.

Turnirin 3-cü yer uğrunda keçirilmiş Portuqaliya-SSRİ matçının oyun protokolunda qolun müəllifi kimi bir futbolçunun, mətbuatda isə digərinin adı yazılmışdı. Bu hadisə Azərbaycan futbolunun əfsanəvi siması Anatoli Banişevskinin başına gəlmişdir. Həmin görüşdə Anatolinin də formasını geydiyi SSRİ yığması Portuqaliya seçməsinə 1:2 hesabı ilə uduzur, oyunda komandasının yeganə qolunu Banişevski vurur.

Bunu illər sonra oyunun televiziya görüntüləri əsasında Rusiyanın “Sport-Ekspress” nəşri topu portuqaliyalıların qapısından Banişevskinin keçirdiyini dəqiqləşdirmişdir. Bu fakt adıçəkilən qəzetin, eyni zamanda “Sovetski sport”un DÇ-2012 üçün nəşr etdirdikləri xüsusi buraxılışlarda da öz əksini tapmışdır. 

Bütün bunları nəzərə aldıqda Banişevskinin SSRİ yığmasında ümumilikdə, əksər mənbələrdə yazıldığı kimi, 19 deyil, 20 qol vurduğu məlum olur. Lakin bir çox mənbələr qolun müəllifi kimi Malofeyev və ya Metrevelinin adını yazır.

Banişevskiyə “Azərbaycanın Pelesi” də deyirdilər. Vaxtilə SSRİ yığma komandasının tərkibində Braziliyaya qol vurandan sonra məşqçilər “Neftçi”nin hücumçusundakı fitri istedadı görüb qəzetlərə müsahibə verərək deyirmişlər ki, biz Banişevskini məmnuniyyətlə komandamıza dəvət edərdik. Jurnalistin “Banişevskinin gəlməsi üçün nə qədər pul verərdiniz” sualına “Onun qiyməti yoxdur...” cavabını vermişdilər.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video