Alternative content

05:29 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Robbi Uilyams, Aida Qarifullina və braziliyalı Ronaldo dünya çempionatının açılış mərasiminin şousunda iştirak edəcəklər
Robbi Uilyams, Aida Qarifullina və braziliyalı Ronaldo dünya çempionatının açılış mərasiminin şousunda iştirak edəcəklər
ANA SƏHİFƏ / İDMAN
04:06 11.06.2018

İngiltərəli məşhur müğənni Robbi Uilyams, rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina və futbol üzrə ikiqat dünya çempionu, braziliyalı Ronaldo Rusiyada təşkil olunan Mundialın açılış mərasiminin şousunda iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, iyunun 14-də Moskvadakı “Lujniki” stadionunda Rusiya və Səudiyyə Ərəbistan komandaları arasında keçiriləcək dünya çempionatının açılış matçından əvvəl təşkil olunacaq möhtəşəm mərasimdə bu üç dünya ulduzu tamaşaçıların qarşısına çıxacaq.

“Bu gözəl və əlamətdar gündə yenidən Rusiyada olmaqdan çox məmnunam. Həyatda çox uğurlar qazanmışam, lakin dünya çempionatının açılış mərasimində 80 min tamaşaçının qarşısında çıxış etmək, dünyanın ən tanınmış və bahalı idmançıları ilə bir yerdə olmaq mənim üçün yalnız uşaqlıq xəyalıdır”, - deyə Robbi Uilyams bildirib.

Braziliyalı Ronaldo isə açılış mərasimində iştirakı ilə bağlı fikirlərini belə bölüşüb: “Dünya çempionatının açılış matçı həmişə çox möhtəşəm keçir. Çünki bu, dörd illik uzun müddətdən sonra çox gözlənilən andır. Mundialın keçiriləcəyi bu dörd həftə ərzində nələr baş verəcəyini heç kəs dəqiq bilmir. Ancaq hər kəs bilir ki, bu, unudulmaz bir turnir olacaq. Dörd il əvvəl Braziliyada keçirdiyim dünya çempionatında olan hisslərimi indi rusiyalı futbolsevərlər ilə paylaşdığım üçün çox xoşbəxtəm”.

Vyana Dövlət Operasının solisti Aida Qarifullina da bu möhtəşəm tədbirin bir hissəsi olmaqdan məmnunluğunu ifadə edərək deyib: “Heç vaxt təsəvvür etməzdim ki, belə möhtəşəm tədbirin – öz ölkəmdə keçirilən futbol üzrə dünya çempionatının bir hissəsi olacağam. Rusiyada bir aylıq futbol festivalının yekununda – iyulun 15-də hansı komandanın öz arzusuna nail olacağını görəcəyik”.

Qeyd edək ki, dünya çempionatının matçları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. Açılış mərasimi Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Çempionatın ilk oyununda ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM