Alternative content

03:50 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-da dünyanın ən güclü superkompüteri hazırlanıb
ABŞ-da dünyanın ən güclü superkompüteri hazırlanıb
ANA SƏHİFƏ / Elm və texnika
02:06 11.06.2018

ABŞ-ın energetika departamenti dünyanın ən güclü superkompüterini təqdim edib. “Summit” superkompüterinin ən yüksək məhsuldarlığı 200 petaflopsa (saniyədə 200 kvadrilyon hesablama) çatır. Bu, Çin sisteminin pik məhsuldarlığından (93 petaflops) iki dəfə çoxdur. Həmçinin ABŞ-ın bundan əvvəlki ən güclü superkompüteri – “Titan”ın məhsuldarlığından təxminən 7 dəfə yüksəkdir.

AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, “Summit” sistemi adi stolüstü kompüterin 30 ilə gördüyü işin öhdəsindən bir saat ərzində gəlmək imkanına malikdir.

Superkompüter iki tennis kortunun ümumi ərazisini tutan 4 min 608 server stansiyasından ibarətdir. Sistem 27 mindən çox “NVIDIA Tesla V100” qrafik prosessoru ilə bərabər işləyən 9 mindən çox 22 nüvəli “IBM Power9” prosessorundan istifadə edir. “Summit” superkompüterinə sərf olunan enerjinin həcmi ilə 8 min 100 evi enerji ilə təmin etmək mümkündür. Sistemin soyudulmasını effektiv etmək üçün onun kanallarından hər dəqiqə ərzində 18 min litrdən çox su keçir.

“Summit”in yaradılması indiyə qədər qeyri-mümkün olan elmi araşdırmaların aparılması üçün yeni imkanlar açıb”, – deyə Ok-Ric milli laboratoriyasının hesablama biologiyası sahəsində mütəxəssisi Den Ceykobson bildirib.