Alternative content

14:43 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Günəş vannasının dəriyə müsbət və mənfi təsiri
Günəş vannasının dəriyə müsbət və mənfi təsiri
ANA SƏHİFƏ / Səhiyyə
12:06 11.06.2018

Havalar istiləşdikcə çimərliyə üz tutanlar və günəş vannası qəbul edənlər çoxalır. Bütün canlılar üçün həyat mənbəyi olan günəş şüaları dəriyə dərindən təsir göstərəndə qan damarlarının genişlənməsinə və hərarətin artmasına səbəb olur. Nəticədə tərləmə yaranır ki, bu da bədənin toksinlərdən təmizlənməsi prosesidir. Bunda əlavə günəş işığı beynin hormonal funksiyalarının normal fəaliyyətinə də kömək edir.

AZƏRTAC xəbər verir ki, günəş şüaları altında qaralmağın orqanizmə xeyri olsa da, onun ifrat dərəcədə qəbulu olduqca zərərlidir. Belə ki, bu şüaların təsiri bədəndə müxtəlif ləkə, səpgi, dermatoz və bir sıra digər dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər. Həkimlər günəş şüaları altında qaralma zamanı yol verilən səhvlər və qaydalara riayət olunmamasının bədəndə bir sıra fəsadlara, o cümlədən bədxassəli şişlərin yaranmasına da səbəb ola biləcəyini bildirirlər. Ona görə də günəş vannası müəyyən normalar daxildə qəbul edilməlidir.

Zərərli günəş şüalarından qorunmaq üçün bir sıra vacib məqamlara əməl olunmalıdır. Günəşin zenitdə olduğu ən isti saatlarda vanna qəbul etmək düzgün deyil. Yüngül günəş yanıqları zamanı xüsusi yağlar, məlhəmlər və kremlərdən istifadə etmək olar. Lakin gün yanığı dərinin daha dərin qatlarına təsir göstəribsə, bu zaman mütəxəssisə müraciət etmək mütləqdir. Çünki belə vəziyyətlərdə həkim yardımı olmadan müalicə ilə məşğul olmaq sonradan dəridə piqmentasiyaların əmələ gəlməsinə və iz qalmasına səbəb ola bilər.

Qeyd edək ki, qaydalara uyğun olaraq günəş şüasi qəbul edilməsi dəridə olan bir sıra problemlərin aradan qalxmasına kömək edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM