Alternative content

19:38 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan güləşçiləri Avropa çempionatında iki qızıl medal qazanıblar
Azərbaycan güləşçiləri Avropa çempionatında iki qızıl medal qazanıblar
ANA SƏHİFƏ / İDMAN
11:06 10.06.2018

Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan güləşçiləri ikisi qızıl olmaqla, ümumilikdə yeddi medal qazanıblar.

Doxsan iki kiloqram çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Şamil Zubairov dörddəbir finalda Rusiya, yarımfinalda isə Ermənistan təmsilçisini məğlub edən idmançımız finalda Gürcüstan güləşçisi İrakli Mtsituri ilə qarşılaşıb. O, qızıl medal uğrunda görüşdə gürcüstanlı rəqibinə tam üstünlüklə (8:1) qalib gəlib.

İkinci qızıl medalın sahibi Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) olub.

Sərbəst güləşçilərmizdən Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dalqatov (65 kq) gümüş, Murad Süleymanov (79 kq) bürünc medala sahib olub. Yunan-Roma güləşçilərindən isə Murad Məmmədov (60 kq) və Eltun Vəzirzadə (82 kq) bürünc medala yiyələnib.