Alternative content

02:52 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Amerikalı səyyahlar üçün Azərbaycanın mədəniyyət və kulinariya aləminə ilk ekskursiya təşkil ediləcək
Amerikalı səyyahlar üçün Azərbaycanın mədəniyyət və kulinariya aləminə ilk ekskursiya təşkil ediləcək
ANA SƏHİFƏ / Mədəniyyət
10:06 10.06.2018

İyulun 3-10-da Azərbaycanda ilk dəfə ABŞ-dan olan turistlər üçün mədəniyyət və kulinariya aləminə ekskursiya təşkil ediləcək. Ekskursiyanın təşkilatçısı “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabına görə beynəlxalq mükafatlara layiq görülmüş Fəridə Buyurandır.

AZƏRTAC xəbər verir ki, Bakıdan başlayacaq ekskursiya ölkənin bir neçə regionunda, o cümlədən Quba, İsmayıllı, Qəbələ, Şəki, Qax və Balakəndə davam etdiriləcək. Proqramda müxtəlif mədəniyyət və kulinariya ənənələri olan Xınalıq, Qırmızı Qəsəbə, Lahıc, İvanovka, Nic və İlisu kimi yaşayış məntəqələrinin irsi ilə yaxından tanışlıq nəzərdə tutulub.

Amerikalı səyyahlardan və könüllülərdən ibarət kiçik qrup üçün ekskursiya onların Azərbaycan mətbəxinin və mədəniyyətinin xüsusiyyətləri ilə tanış olmaları üçün təşkil edilir. Turne çərçivəsində restoranlarda baş aşbazlar, bölgələrdəki evlərdə yerli aşbazlar tərəfindən ustad dərsləri keçiriləcək, yeməklərin bişirilməsi qaydası təqdim ediləcək. Qonaqlar yerli bazarlara, şərab zavodlarına, tarixi yerlərə, muzeylərə, sənətkar emalatxanalarına gedəcək, rəssamlarla görüşəcək və digər mədəniyyət tədbirlərinə qatılacaqlar.

Tur iştirakçıları arasında tanınmış kulinariya tarixçisi, Cənubi Kaliforniya ştatının Kulinariya Tarixçiləri Assosiasiyasının prezidenti Çarlz Perri, təşkilatın digər üzvləri, kulinariya və mədəniyyətlər sahəsində professorlar və həvəskar tədqiqatçılar var. r

Fəridə Buyuran populyar “azcookbook.com” bloqunun, 2014-cü və 2015-ci illərdə iki dəfə nəşr edilmiş “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” (“Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan”) kitabının müəllifidir. 336 səhifədən ibarət kitab oxuculara Qərb ölkələri şəraitinə uyğunlaşdırılmış 200 adda dadlı qəlyanaltı və salatın, növbənöv şorbanın, xəmir, ət, tərəvəz və yumurtadan hazırlanmış xörəklərin, çörək və plov növlərinin, içki və desertlərin reseptlərini təqdim edir.