10 Iyun 2018 12:06
398
Fərmanlar
A- A+

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.         Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017,    № 12, maddə 2272) aşağıdakı dəyişikliklər edilsin:

1.1.      6.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.4-6.7-ci bəndlər əlavə edilsin:

“6.4.    “ASK” ASC-nin, onun törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi və “ASK” ASC-nin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması səlahiyyətləri “ASK” ASC tərəfindən həyata keçirilir;

6.5.      “ASK” ASC-nin fəaliyyət istiqamətləri üzrə satış məqsədilə inşa edilmiş daşınmaz əmlak üzərində sərəncam vermə səlahiyyətləri “ASK” ASC tərəfindən həyata keçirilir;

6.6. “ASK” ASC-nin istehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin, xidmətlərin) satın alınması üzrə əməliyyatlar “ASK” ASC tərəfindən  beynəlxalq təcrübəyə və qanunvericiliyin tələblərinə cavab verən daxili prosedurlarına uyğun həyata keçirilir;

6.7. “ASK” ASC-nin mülkiyyətində (balansında) olan dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının tam məbləği onun büdcəsinə daxil edilməklə fəaliyyətinin təmin edilməsinə sərf olunur.”;

1.2.      həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.2.1.  aşağıdakı məzmunda 2.2.36-1 - 2.2.36-3-cü yarımbəndlər əlavə edilsin:

“2.2.36-1. Cəmiyyətin, onun törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi və Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması səlahiyyətlərini həyata keçirir;

2.2.36-2. Cəmiyyətin bu nizamnamə ilə müəyyən edilmiş fəaliyyətinin əsas məqsədinə uyğun olaraq satış məqsədilə inşa edilmiş daşınmaz əmlak üzərində sərəncam vermə səlahiyyətlərini həyata keçirir;

2.2.36-3. istehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin, xidmətlərin) satın alınması üzrə əməliyyatları beynəlxalq təcrübəyə və qanunvericiliyin tələblərinə cavab verən daxili prosedurlarına uyğun həyata keçirir;”;

1.2.2.  aşağıdakı məzmunda 6.4.14-1-ci və 6.4.14-2-ci yarımbəndlər əlavə edilsin:

“6.4.14-1. Cəmiyyətin, onun törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi və Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması barədə qərar qəbul edir;

6.4.14-2. Cəmiyyətin bu nizamnamə ilə müəyyən edilmiş fəaliyyətinin əsas məqsədinə uyğun olaraq satış məqsədilə inşa edilmiş daşınmaz əmlak üzərində sərəncam verilməsi barədə qərar qəbul edir;”;

1.2.3.  7.3-cü bənddə “7.8-ci və 7.9-cu bəndləri” sözləri “7.9-cu bəndi” sözləri ilə əvəz edilsin;

1.2.4.  7.9-cu bəndə “Cəmiyyətin” sözündən əvvəl “Bu Nizamnamə ilə müəyyən olunmuş hallar istisna olmaqla,” sözləri əlavə edilsin;

1.2.5.  7.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.8. “ASK” ASC-nin mülkiyyətində (balansında) olan dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının tam məbləği onun büdcəsinə daxil edilməklə fəaliyyətinin təmin edilməsinə sərf olunur.”;

1.2.6.  9.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.2.3. Cəmiyyətin törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin balansında olan əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi və  Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması səlahiyyətlərini həyata keçirmək;”;

1.2.7.  9.2.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.2.8-ci yarımbənd əlavə edilsin:

“9.2.8. Cəmiyyətin bu nizamnamə ilə müəyyən edilmiş fəaliyyətinin əsas məqsədinə uyğun olaraq satış məqsədilə inşa edilmiş və onun törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin balansında olan daşınmaz əmlak üzərində sərəncam vermə səlahiyyətlərini həyata keçirmək.”.

2.         Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1.      Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.      Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3.      mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4.      bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 iyun 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video