Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:11 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın ən yaxşı startapı seçildi
Azərbaycanın ən yaxşı startapı seçildi
ANA SƏHİFƏ / ELANLAR
12:06 10.06.2018

 

Qalib 1 milyon ABŞ dolları qazanmaq şansı əldə etdi

 

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın, Patent və Əmtəə Nişanları Mərkəzinin, İsveçrənin Azərbaycandakı səfirliyinin, eləcə də ADA universitetinin dəstəyi ilə ölkəmizdə 6-cı dəfə təşkil olunan Seedstars World müsabiqəsinin qalibi bəlli olub. İyunun 8-də ADA Universitetində baş tutan final mərhələsində münsiflər heyəti tərəfindən seçilən 10 yerli startap öz layihələrini təqdim edərək Azərbaycanın ən yaxşı startapı adı uğrunda mübarizə aparıblar. Qaydalara əsasən müsabiqəyə 2 ildən daha az müddətdə fəaliyyət göstərən, real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar qoşula bilərdilər. Beləliklə, münsiflərin səs verməsi ilə Elçin Əsgərovun “Onbranch” layihəsi  innovativ dayanıqlı həllinə görə Azərbaycanın ən yaxşı startapı adına layiq görülüb.”Tap2Doc” layihəsi ilə Ceyhun Cəfərov 2-ci yerin qalibi, “Owbike” layihəsi ilə isə Həsənağa Azad 3-cü yerin qalibi olublar.

Mükafatın bir hissəsi olaraq, “Onbranch” layihəsi 2019-cu ilin aprelində İsveçrədə keçiriləcək beynəlxalq Seedstars sammitində iştirak edəcək. Bir həftə davam edəcək təlim proqramı zamanı startapımızın dünyanın inkişaf etməkdə olan 65-dən çox ölkəsinin qaliblərilə, həmçinin investor və mentorlarla görüşmək imkanı olacaq. Sammitin son günündə yerli qaliblər 1000 nəfərlik auditoriya qarşısında layihələrini təqdim edəcəklər və 1 milyon ABŞ dolları həcmində investisiya uğrunda yarışacaqlar.

İnkişaf etməkdə olan və sürətlə böyüyən bazarlara dünya turunu davam etdirən Seedstars World-un növbəti dayanacağı Qazaxıstanın Astana şəhəridir. Seedstars regional məsələlərin həllini hədəfləyən və onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. Seedstars World inkişaf etməkdə olan bazarlarda keçirilən dünyanın ən böyük startap yarışmasıdır. Tədbirin keçirilməsində Seedstarsın məqsədi inkişaf edən ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları üzə çıxarmaqdır.

 

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM