Vyanada keçirilən görüşdə Azərbaycanda qadınların cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışılıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti Almaniyanın Cənubi Qafqazda Yaxşı Yerli Özünüidarəetmə Proqramı ilə əməkdaşlıq çərçivəsində Avstriya Respublikasına təcrübə mübadiləsi səfəri edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları, Azərbaycanın müxtəlif rayonlarının icra hakimiyyəti və bələdiyyələrinin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri daxildirlər. Səfər Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə əməkdaşlıq şəraitində baş tutub.
Səfər çərçivəsində iyunun 7-də Azərbaycan nümayəndə heyətinin Vyana Şəhər Meriyasının məsul şəxsləri ilə görüşü keçirilib. Həmin görüşdə Vyana Şəhər Şurasının üzvü Şəfəq Akçay Azərbaycan nümayəndə heyətinə Avstriyada gender siyasəti, bərabər imkanlar strategiyası ilə bağlı ətraflı məlumat verib və bu sahədə əldə olunmuş nailiyyətlər haqqında danışıb.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın hərəkatı haqqında məlumat verərək bildirib ki, bu il Azərbaycan qadınlarının seçmək və seçilmək hüququnun 100 illiyi qeyd olunur. Bir əsrlik bu tarix göstərir ki, Azərbaycanda qadın hüquqlarına daim diqqətlə yanaşılıb, qadın məsələləri hər zaman prioritet olub və qadınlar da öz növbəsində, tarixin bütün mərhələlərində ictimai həyatda aktiv iştirak edərək, cəmiyyətin və dövlətin inkişafına öz töhfələrini veriblər.
Hicran Hüseynova diqqətə çatdırıb ki, Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi, ilk növbədə, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan öz dövlət müstəqilliyini ötən əsrin 90-cı illərində yenicə bərpa etməsinə, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizinin işğal olunmasına və ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün mövcud olmasına baxmayaraq, ulu öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə Azərbaycan qadınları 1995-ci ildə Pekin Konfransında iştirak ediblər və hökumət “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyanı ratifikasiya edib. Eləcə də 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb və xüsusən dövlət siyasətində qadınların rolunun artırılması ilə bağlı bir sıra mühüm sənədlər qəbul edilib. Zaman keçdikcə qadın məsələləri daha kompleks yanaşma tələb etdiyinə görə, 2006-cı ildə dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılıb.
Komitə sədri qeyd edib ki, 2006-cı ildən etibarən Azərbaycanda gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunlar qəbul olunub, eyni zamanda, komitə sədri bu qanunların qəbul edilməsində ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın da böyük dəstəyini qeyd edib. Həmçinin mövcud qanunvericilikdə, xüsusilə də Ailə və Cinayət məcəllələrində qadın hüquqlarının müdafiəsi ilə bağlı bir sıra mühüm dəyişikliklərin edildiyini bildirib. Vurğulayıb ki, bütün bunlar qadınlara cəmiyyətin müxtəlif sahələrində, o cümlədən siyasi və iqtisadi həyatda daha da fəal iştirak etməyə imkan verib.
İyunun 8-də Avstriyanın Qadın, Ailə və Gənclər üzrə Federal Nazirliyində Azərbaycan nümayəndələri üçün Avstriyada qadın məsələləri, xüsusilə də büdcə təşkilatlarında gender bərabərliyi istiqamətində görülən işlərə həsr olunmuş təqdimat keçirilib.
“Gender məsələlərinin büdcə maliyyələşməsi” adlı təqdimatda Avstriyanın Qadın, Ailə və Gənclər üzrə Federal Nazirliyində Qadın problemləri və Gender bərabərliyi şöbəsinin rəhbəri İqnes Ştillinq və şöbənin əməkdaşı Vera Yauk çıxış ediblər. Təqdimatda Avstriya qanunvericiliyində qadınların dəstəklənməsi və bərabərhüquqluluğun təmin edilməsi, qadınlar üçün məsləhət mərkəzlərinin fəaliyyəti, qadınlara qarşı məişət zorakılığı və cinsi istismarın önlənməsi, iş həyatında və ictimaiyyətdə diskriminasiya hallarına qarşı profilaktik tədbirlərin görülməsi, qadın problemlərinin ictimailəşdirilməsi, xüsusilə də sosial şəbəkələrdə və həmçinin xüsusi bloqlarda gender məsələlərinin ictimaiyyətin müzakirəsinə çıxarılması barədə məlumat verilib və dövlət büdcəsində bu istiqamətdə layihələrin maliyyələşdirilməsindən bəhs edilib.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda gender bərabərliyi istiqamətində görülən işlərdən bəhs edib. Qeyd edilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə qadınların hüquqları ilə bağlı görülən işlər ölkə qanunvericiliyinə gender bərabərliyi prizmasından yanaşılmasını labüd edib və bununla bağlı müvafiq qanunlarda dəyişikliklər olunub.
H.Hüseynova Azərbaycanda qadınların cəmiyyətdə rolu və peşə fəaliyyətindən bəhs edərkən vurğulayıb ki, Azərbaycanda son dövrlərdə ixtisas seçimində qızların ənənəvi qadın peşələri ilə yanaşı, getdikcə daha çox qeyri-spesifik ixtisaslara üz tutmaları müsbət hal kimi qiymətləndirilir. Qeyd edilib ki, hər iki ildən bir ölkədə keçirilən uşaq forumları və lider keyfiyyətlərinə malik gənc qızların seçilərək məktəblərdə gənclərin stimullaşdırılması üçün maariflənmə tədbirlərinə cəlb edilməsi artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, ali məktəblərə qəbul üzrə illik yekun göstəricilərə nəzər saldıqda, qızların neft-kimya, riyaziyyat, memarlıq kimi qadınlar üçün qeyri-ənənəvi ixtisaslara getdikcə daha çox meyil göstərməsinin şahidi olmaq mümkündür.
Komitənin nəzdində uşaq fəaliyyətinin dəstəyi üzrə 11 mərkəz mövcuddur və bu mərkəzlər uşaq və yeniyetmələrin fərdi inkişafı üçün mühüm əhəmiyyət kəsb edirlər. Regionlarda həssas risk qrupuna daxil olan qadın və uşaqların hüquqlarının qorunması üçün xidmətlər göstərilir. Eyni zamanda, komitənin həyata keçirdiyi layihələr sırasında məişət zorakılığı ilə mübarizə üzrə məlumat bankı, hakimlər və vəkillər üçün xüsusi təlimlərin keçirilməsi də qeyd olunub.
Xüsusilə bildirilib ki, bu gün Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılır. İnsan resurslarına, xüsusilə də cəmiyyətin ən fəal üzvləri olan qadınların məşğulluğuna böyük diqqət yetirilir. Ölkədə qadın sahibkarlığının təşviq olunması və qadın sahibkarların sayının artırılması ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Bunun nəticəsi olaraq ölkədə qadın resurs mərkəzləri yaradılıb ki, bu mərkəzlər də kiçik və orta sahibkarlığın, xüsusilə də qadın sahibkarların fəaliyyətinə böyük töhfə verir. Bu kimi tədbirlərin nəticəsində ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı otuz faizə çatıb.
Tədbir müzakirə və sual-cavabla davam etdirilib. Bu kimi təcrübə mübadiləsinə xidmət edən layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!