Alternative content

15:43 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidentini qəbul edib
Prezident İlham Əliyev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidentini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
09:06 08.06.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradili qəbul edib.

AZƏRTAC xəbər verir ki, Yan Zahradilin sabah ölkəmizdə keçiriləcək Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı bu önəmli beynəlxalq forumun Azərbaycan paytaxtında təşkil olunmasını yüksək qiymətlənirdi.

Azərbaycana həm Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, həm Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, həm də Avropa Parlamentinin üzvü qismində səfər etdiyini deyən Yan Zahradil bildirdi ki, rəhbərlik etdiyi alyans Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirir. Çexiya-Azərbaycan ikitərəfli münasibətlərinə toxunan qonaq bu münasibətlərin uğurla inkişaf etdiyini bildirdi, ölkələrimizin strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığının önəmini vurğuladı. Yan Zahradil Avropa ilə Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verməsindən məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək ölkəmizlə Avropa İttifaqına üzv olan 9 ölkə, o cümlədən Çexiya ilə strateji tərəfdaşlıq haqqında saziş və bəyannamələrin qəbul edilməsi və imzalanmasının önəmini vurğuladı. Prezident İlham Əliyev sabah Bakıda keçiriləcək tədbirin paytaxtımıza gələn çoxsaylı qonaqların Azərbaycanla daha yaxından tanış olması üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi.