Alternative content

01:48 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnam Kərimov: Elmi resursları səfərbər etməklə aqrar sahədəki problemlərin həllinə nail olmaq mümkündür
İnam Kərimov: Elmi resursları səfərbər etməklə aqrar sahədəki problemlərin həllinə nail olmaq mümkündür
ANA SƏHİFƏ / Elm və texnika
03:06 08.06.2018

Ölkəmizdə aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə sosial-iqtisadi göstəricilər yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu fikri kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında deyib.

Nazir bildirib ki, kənd təsərrüfatı sahəsi ölkənin problemlərinin həllində, xüsusilə regionlarda yaşayan insanların məşğulluğunda önəmli rol oynayır. Vətəndaşların keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatı, ölkədən valyuta axınının qarşısının alınması məsələsi də qarşıda duran əsas vəzifələrdəndir. Nazirliyin qarşısında üç əsas prinsip qoyulub. Bunlar kəndli və fermerlərlə yaxınlıq, kənd təsərrüfatında düzgün idarəçiliyə nail olmaq və innovasiyaların tətbiqini həyata keçirməkdir.

İnam Kərimov diqqətə çatdırıb ki, hazırda nazirlik fəaliyyətini beş əsas istiqamət üzrə inkişaf etdirir: “Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi əsas istiqamətlərdəndir. Elmi resursları səfərbər etməklə aqrar sahədəki problemlərin həllinə nail olmaq mümkündür. Bu gün kənd təsərrüfatı sektoru və fermerlərin bizdən gözləntiləri var”.