Alternative content

14:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil naziri: Ali məktəblərin magistraturasına qəbul olan oğlanların sayı 74 faiz artıb
Təhsil naziri: Ali məktəblərin magistraturasına qəbul olan oğlanların sayı 74 faiz artıb
ANA SƏHİFƏ / Elm və texnika
03:06 08.06.2018

Ötən il ali məktəblər tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) fundamental elmi tədqiqatlarla bağlı 152 mühüm nəticə təqdim olunub. Magistratura səviyyəsində təhsil alan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi və tələbə təqaüdlərinin məbləğinin artırılması nəticəsində ali məktəblərin magistraturasına qəbul olanların sayı əvvəlki illə müqayisədə 36 faiz, qəbul olan oğlanların sayı isə 74 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın illik ümumi yığıncağında təhsil naziri Ceyhun Bayramov bildirib.

AMEA ilə birlikdə tədqiqat universitetinin yaradılması üçün işlərə başlanıldığını bildirən nazir deyib: “Son dörd ildə Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin alimlərinin impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayı 68 faiz artıb”.

C.Bayramov diqqətə çatdırıb ki, hazırda ölkə üzrə doktorantura pilləsində təhsil alan 3307 nəfərdən fəlsəfə doktoru üzrə təhsil alanların 65 faizi, elmlər doktoru üzrə təhsil alanların 50 faizi ali təhsil müəssisələrinin payına düşür.