Prezident İlham Əliyev Qambiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Qambiya Respublikasının xarici işlər naziri Ousainu Darboenin başçılıq etdiyi, Qambiyanın əmək və infrastruktur naziri Bai Lamin Jobenin daxil olduğu nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Qambiya arasında dostluq əlaqələrinin mövcud olduğunu vurğulayaraq ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və BMT-də uğurlu əməkdaşlıq həyata keçirdiyini və bir-birini daim dəstəklədiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin Qambiya tərəfindən beynəlxalq platformada dəstəklənməsinə görə təşəkkürünü bildirdi.
Xarici işlər naziri Ousainu Darboe Qambiya Prezidenti Adama Barrounun salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, Prezident Adama Barrou Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişafa nail olduğunu və bölgədə əməkdaşlığa, iqtisadi inkişafa, sülhün və təhlükəsizliyin təmin olunması işinə mühüm töhfə verdiyini bildirib. Nazir Ousainu Darboe Azərbaycan ilə Qambiyanın Qoşulmama Hərəkatında fəal iştirakını qeyd edərək ölkələrimizin İslam Əməkdaşlıq Təşkilatında, BMT-də bir-birini qarşılıqlı surətdə dəstəklədiyini vurğuladı. Ousainu Darboe daha sonra qeyd etdi ki, onun ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və diqqətə çatdırdı ki, Qambiya Prezidenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini qətiyyətlə pisləyir.
Prezident İlham Əliyev Qambiya Prezidenti Adama Barrounun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qambiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Söhbət zamanı Azərbaycan ilə Qambiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinin vacibliyi qeyd edildi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib...
24 Aprel
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
24 Aprel
XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük ö...
24 Aprel
Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb
24 Aprel
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib...
24 Aprel
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!