Alternative content

15:21 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qəbələdə “Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı olub
Qəbələdə “Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı olub
ANA SƏHİFƏ / Mədəniyyət
12:06 08.06.2018

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri münasibətilə Qəbələ rayonunda “Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Dövlət Sərhəd Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Vəndam qəsəbəsində keçirilən festivalda müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması peşəkar artistlər və tələbələr tərəfindən tarixi faktlar əsasında hazırlanan tamaşada nümayiş olunub. Hər tərəfi dağlarla əhatə olunan yaşıl sahədə qurulan səhnədə keçirilən festivalda Akademik Milli Dram, Gənc Tamaşaçılar, Rus Dram, Şəki Dövlət Dram və Mingəçevir Dövlət Dram teatrlarının aktyorları çıxış ediblər.

Layihənin elmi rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, rejissoru xalq artisti Vaqif Əsədov, ssenari müəllifi, filologiya elmləri doktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmlidir. Festival çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi dekorasiyalı sərgi təqdim olunub. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb tarixini, 1918-ci ilin mart soyqırımını, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını və 23 aydan sonra süqut etməsini gənclərə əyani olaraq çatdırmaq məqsədilə keçirilən festival maraqlı səhnəciklərlə yadda qalıb. Tamaşa 1918-ci ilin martında azərbaycanlıların Novruz bayramını qeyd edərkən qəflətən quldur ermənilərin hücumuna məruz qalması və amansızlıqla qətlə yetirilməsi səhnəsi ilə başlayıb. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, insanların o dövrdəki yaşayışı milli geyimli aktyorlar tərəfindən peşəkarlıqla canlandırılıb.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri, eləcə də 1500-dən çox aktyor, xalq sənətkarı, gənclər və məktəblilər iştirak ediblər.

Festival atəşfəşanlıqla başa çatıb.