Alternative content

16:52 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda BMX üzrə dünya çempionatında 22 ölkənin velosipedçiləri medal qazanıblar
Bakıda BMX üzrə dünya çempionatında 22 ölkənin velosipedçiləri medal qazanıblar
ANA SƏHİFƏ / İDMAN
03:06 07.06.2018

Bakıda BMX üzrə dünya çempionatında ilk iki günün nəticələrinə əsasən artıq 22 ölkənin velosipedçiləri mükafatçılar sırasında yer alıblar.

AZƏRTAC xəbər verir ki, medal sayına görə birinci yerdə Niderland idmançıları qərarlaşıblar. Onlar 12 dəfə podiuma qalxıblar. Qırx üç ölkədən 1500-dək idmançının qatıldığı mundialda 11 avstraliyalı, 10 fransalı, 7 braziliyalı, 6 ABŞ velosipedçisi və 5 kolumbiyalı fərqlənməyi bacarıb. Latviya və Yeni Zelandiya milli komandalarının hər birinin 4 üzvü medalçılar sırasına düşə bilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda britaniyalı velosipedçilər 3, yaponiyalı, boliviyalı və çilili idmançılar 2 medal qazanıblar.

Macarıstan, Rusiya, Belçika, Argentina, Ekvador, Kanada, Meksika, İsveçrə, Cənubi Afrika Respublikası və Portuqaliya komandalarının bir üzvü fərqlənməyi bacarıb.

Dünya çempionatına iyunun 9-da yekun vurulacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM