07 Iyun 2018 10:06
501
Səhiyyə
A- A+

Doyunca yatmamaq insanı genetik səviyyədə dəyişə bilir

Pensilvaniya Universiteti nəzdindəki Perelman Tibb Məktəbində aparılan yeni tədqiqatların nəticələri sübut edib ki, yuxusuzluq və psixoloji stress səbəbindən mikroRNT (ribonuklein turşusu) dəyişilir. Kodlaşdırılmayan bu kiçik RNT molekulları genin ekspressiyasında mühüm rol oynayır. Alimlərin apardıqları təcrübədə 27-53 yaş arası 32 sağlam insan iştirak edib.

AZƏRTAC “MedDaily” saytına istinadla xəbər verir ki, ilk iki gün eksperiment iştirakçıları 8 saat yatıblar. Sonra onlar 39 saat ərzində qətiyyən yatmayıblar. Bundan sonra iştirakçılar daha 2 gecə 8-10 saat yatıblar. Alimlər 6 dəfə qan nümunələri götürərək, iştirakçıların plazmasında mikroRNT-ni öyrəniblər. Könüllülər, həmçinin bir neçə dəfə koqnitiv testlərdən keçiblər.

Tədqiqatçılar aşkar ediblər ki, könüllülərdə yatmamaq səbəbindən 10 mikroRNT, yuxu azlığı və psixoloji stress səbəbindən isə 18 mikroRNT dəyişilib. Diqqətlə bağlı aparılan testin nəticələrində 14, əqli məhsuldarlığın 7, yaddaşın isə 10 mikroRNT dəyişməsi qeydə alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video