06 Iyun 2018 09:06
527
İDMAN
A- A+

David Lappartyen: Azərbaycanda velosiped idmanının inkişafına göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə minnətdaram

Prezident İlham Əliyev ilə görüşmək mənim üçün çox böyük şərəfdir. Azərbaycanda velosiped idmanının inkişafına, eləcə də Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) dövlət səviyyəsində verilən dəstək çox əhəmiyyətlidir. Ölkənizdə idmanın bütün növləri kimi, velosiped idmanının da inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdaram.

Bu sözləri iyunun 6-da Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartyen AZƏRTAC-a müsahibəsində deyib.

Ölkəmizə səfərə gələrkən ilk növbədə Bakı Veloparkına baş çəkdiyini vurğulayan David Lappartyen bildirib: “Nəinki Veloparkın ərazisi, burada yaradılmış yüksək şərait, xoş atmosfer məndə çox böyük təəssürat oyatdı. Mən 2015-ci ildə ilk Avropa Oyunları zamanı burada olmuşam. O vaxtdan bu günədək trek yenidən qurulub, səviyyəsi artırılıb. Bu, bizi çox sevindirir. Bu il BMX üzrə dünya çempionatına 43 ölkədən 1500-dən çox idmançının iştirak etməsi bu idman tədbirinin uğurunun göstəricisidir. Biz dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu müşahidə etdik. Məşqçilər, idmançılar və onların valideynləri də söhbətlərimizdə çempionatın yüksək səviyyədə təşkil edildiyini bildirirlər”.

Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti kimi 2017-ci ilin sentyabrında fəaliyyətə başladığını vurğulayan David Lappartyen bildirib: “UCI-nin prezidenti seçildikdən sonra bir sıra mühüm tədbirlər həyata keçirmişik. İlk növbədə, yerli federasiyalara dəstək göstərməyə çalışırıq. Əsas məqsədimiz bütün ölkələrdə velosiped idmanının inkişafına nail olmaqdır. Buna görə bütün ölkələri bu prosesə cəlb edəcəyik. Biz dopinqə və digər mənfi hallara qarşı amansız mübarizə aparmaqda davam edəcəyik. Əsas məqsədlərimizdən biri də velosiped idmanını əsrin idman növünə çevirməkdir. Görüləsi işimiz çoxdur. On gün sonra UCI-nin yüksək səviyyəli görüşü keçiriləcək. Orada 2019-2022-ci illərə aid fəaliyyət planını müzakirə edəcəyik”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video