Alternative content

01:57 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda BMX üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
Bakıda BMX üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
ANA SƏHİFƏ / İDMAN
06:06 06.06.2018

Velosiped idmanının BMX növü üzrə Bakıda keçirilən dünya çempionatının ikinci günündə - iyunun 6-da kiçik yaşlı yeniyetmə qızların “Challenge” yarışlarının qalibləri bəlli olub.

AZƏRTAC xəbər verir ki, 8 yaşlı idmançıların yarışında Yaponiya təmsilçisi Mana Savada fərqlənib. Boliviyalı Mariana Aquilera Kollazos çempionatı ikinci, Yeni Zelandiya təmsilçisi Meq Kannon üçüncü pillədə başa vurublar.

Doqquz yaşlıların mübarizəsində Qvadalupe Palasios Palomeque fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fransalı Alissa Dard və Niderland velosipedçisi Lieke Van Der Aa ilk üçlüyü tamamlayıblar.

Çempionatda 10 yaşlıların mübarizəsində ABŞ idmançısı Taylor Sprat birinci olub. Böyük Britaniya təmsilçisi Elza Rendall Toss və belçikalı Maksima Breuqelmans müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar.

On bir yaşlı idmançıların yarışında avstraliyalı Portia Eden birinci, kolumbiyalı Nikole Foronda Kastro ikinci, Yeni Zelandiya velosipedçisi Lili Qrinouq üçüncü olublar.

Mundialda 12 yaşlıların mübarizəsində Latviya idmançısı Paula Kibare bütün rəqiblərindən üstün olub. Kolumbiyalı Sara İzabel Qarsia Marin yarışı ikinci, avstraliyalı Teya Rufus üçüncü yerdə başa vurublar.