06 Iyun 2018 04:06
542
İDMAN
A- A+

BMX üzrə dünya çempionatında “Challenge” yarışlarının qalibləri müəyyənləşib

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının ikinci günündə - iyunun 6-da kiçik yaşlı yeniyetmə oğlanların “Challenge” yarışlarının qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, 5 və 6 yaşlı velosipedçilərin yarışında ABŞ idmançısı Keyn Şultheys birinci olub. Latviyalı Marks Svalkovskis çempionatı ikinci, Macarıstan təmsilçisi Naszados Saba üçüncü pillədə başa vurublar.

Yeddi yaşlı oğlanların mübarizəsində də ABŞ idmançısı fərqlənib. Cozef Mather bütün rəqiblərini qabaqlamağı bacarıb. Rusiyalı Artyom Stolyarov və Avstraliya velosipedçisi Harley Bradşav ilk üçlüyü tamamlayıblar.

Çempionatda 8 yaşlıların yarışında braziliyalı Lukas Kardoso Darriba birinci olub. Böyük Britaniya təmsilçiləri Ceyms Klitheroe və Harrison Şofild müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar.

Doqquz yaşlı idmançıların mübarizəsində avstraliyalı Fraser Vauqan birinci, niderlandlı Deon Qurman ikinci, fransalı Lukas Çaudun üçüncü olublar.

Mundialda 10 yaşlıların mübarizəsində ilk üçlükdə Avstraliya idmançıları – Tama Onekava, Bailey Mills və Kayn Baird yer alıblar.

ABŞ təmsilçisi Kol Frederik 11 yaşlıların yarışında qalib gələrək çempion olub. Latviyalı Kristers Apels ikinci, Niderland velosipedçisi Maddoks Van Din üçüncü yeri tutublar.

On iki yaşlı velosipedçilərin mübarizəsində ABŞ idmançısı Ronni Kim fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Braziliya təmsilçiləri Lukas Moresko Zimmerman ikinci, Tales Lauffer Şuler isə üçüncü yeri tutub.

İyunun 9-dək davam edəcək dünya çempionatına 43 ölkədən 1500-dək idmançı qatılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video