Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

21:39 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
02:06 06.06.2018

İyunun 6-da Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Eldar İbrahimov gündəliyi təqdim edib.

Əvvəlcə Salyan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri əsasında hazırlanmış xəritə materiallarının təqdimatı olub. Eldar İbrahimov bildirib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində torpaqların dəqiq sərhədləri, mülkiyyət mənsubiyyəti, kateqoriyası, münbitlik dərəcəsi, şorlaşma vəziyyəti, mühafizə zonaları və digər məlumatlar əksini tapır. Bu günədək artıq 18 rayonda torpaqların elektron kadastr uçot işləri yekunlaşıb. Artıq 6 rayonda - Salyan, Ağsu, Beyləqan, Göygöl, Samux, Balakəndə kadastr işlərinin praktiki istifadəsinə başlanılıb. Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərində müfəssəl elektron kadastr məlumat bazası yaradılıb. Torpaq uçotu bitmiş rayonlardan ötən il ərzində 13 rayonun hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. Sumqayıt, Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin, Şirvan, Naftalan, Mingəçevir şəhərlərinin bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşıb. Bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, ərazidəki torpaqların təyinatını və keyfiyyət göstəricilərini özündə əks etdirir. Bu isə bələdiyyə torpaqlarının daha səmərəli idarə edilməsinə imkan verir.

İclasda iştirak edən Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov bildirib ki, 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə, istifadəsiz qalması faktları aşkarlanıb. Aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib. Monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib. Mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaqların uçotu Dövlət Komitəsi tərəfindən aparılır. Komitə bu işləri yeni texniki vasitələrlə həyata keçirir. Bütün ölkənin ərazisi mühəndislər tərəfindən dəqiq ölçülür. Xarici şirkətlər kadastr işinə nəzarət edərək çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər görür. Məlumat bazası canlı və işlək olacaq. Bu gün hər hansı bir əmlak haqqında sərəncam verilərək qeydiyyat aparılırsa, bu, o zaman kadastr xəritəsində əks olunur. Əvvəllər mövcud olan torpaqların koordinatları arasında uyğunsuzluq var. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kadastr xəritələri tam hazır olduqdan sonra dövlət orqanlarında bundan istifadə ediləcək. Torpağın düzgün fəaliyyəti, torpaq balansı düzgün şəkildə həyata keçiriləcək. Ölkənin vahid torpaq fondu məlumat bazası hazır olduqdan sonra bütün dövlət qurumları bundan istifadə edəcəklər. Torpaqlara nəzarət işinin elektron səviyyəyə gətirilməsini istəyirik. Bununla bağlı beynəlxalq təcrübə öyrənilib. Sloveniya şirkəti ilə sənəd imzalanıb. Onlar bizim üçün bu torpaqlara peyk vasitəsilə nəzarətlə bağlı sistem hazırlayacaqlar. Bununla da yanğın, qanunsuz tikili və s. hallarla bağlı məlumatları öyrənmək mümkün olacaq.

Sonra “Salyan və Ağsu rayonlarının inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” barədə təqdimat olub. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev bu haqda məlumat verib.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM