Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:43 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naftalan şəhərində yeni körpələr evi-uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında
Naftalan şəhərində yeni körpələr evi-uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında
ANA SƏHİFƏ / Sərəncamlar
03:06 06.06.2018

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Ölkəmizdə müalicəvi turizmin inkişafında özünəməxsus yeri olan Naftalan şəhəri Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də müasir sanatoriya-kurort mərkəzi kimi sürətlə inkişaf edir. Son illərdə burada 9 yeni səhiyyə-kurort müəssisəsi yaradılmış, o cümlədən 264 yerlik  “Qarabağ”, 342 yerlik “Qaşaltı”  sanatoriyaları inşa olunmuş, 353 yerlik “Çinar” sanatoriyası yenidən qurulmuşdur.

Bununla yanaşı, şəhərdə bir sıra mühüm infrastruktur layihələri də yerinə yetirilmiş, şəhər Mərkəzi Xəstəxanası, Əlillərin Bərpa Mərkəzi, Bayraq meydanı tikilmiş, 1500 yerlik şəhər stadionu əsaslı təmir edilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naftalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi məqsədi ilə qərara alıram:

1.         Naftalan şəhərində yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Naftalan Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2.         Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 iyun 2018-ci il


Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM