06 Iyun 2018 03:06
1505
ELANLAR
A- A+

“AzerGold” QSC Daşkəsəndə ekologiya və ətraf mühitin mühafizəsi mövzusunda tədbir keçirib

 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Daşkəsən rayonunun Quşçu kəndinin Mədəniyyət Mərkəzində ekologiya və ətraf mühitin mühafizəsi mövzusunda tədbir keçirib. 5 iyun - Ümumdünya ətraf mühit günündə keçirilən tədbir ictimaiyyəti ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasında daha da fəal olmağa dəvət etmək məqsədi daşıyır. Tədbirdə çıxış edən “AzerGold” QSC-nin SƏTƏM və KİS şöbəsinin nümayəndələri ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsinin QSC-nin fəaliyyətində daşıdığı önəm, Cəmiyyətin ekoloji siyasəti, Çovdar filiz emalı sahəsində tullantıların idarə olunması qaydaları, istehsal prosesi nəticəsində atmosferə atılan zərərli qazların miqdarının ölçülməsinin mahiyyəti, su nümunələrinin götürülməsinin vacibliyi və digər təşkilatlarla əməkdaşlıq haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Ekologiya və ətraf mühitin mühafizəsi mövzuları ətrafında geniş müzakirələrlə davam edən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi və Daşkəsən rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbər şəxsləri, yerli bələdiyyə, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ətraf mühitin mühafizəsi “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət siyasətinin 4 əsas istiqamətindən birini təşkil edir. Bu istiqamət çərçivəsində görülən işlər sayəsində Çovdar filiz emalı sahəsi qızıl çıxarılması və müasir texnologiyaların tətbiqi ilə yanaşı, ətraf mühitin qorunması sahəsində MDB məkanında lider mövqelərə yüksəlib.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video