Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:42 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda keçirilən BMX velosipedi üzrə dünya çempionatının birinci gününə yekun vurulub
Bakıda keçirilən BMX velosipedi üzrə dünya çempionatının birinci gününə yekun vurulub
ANA SƏHİFƏ / İDMAN
06:06 05.06.2018

İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında veteranların yarışlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, 30-34 yaşlı kişi veteranların yarışında Fransa təmsilçisi Çarli Qaillard bütün rəqiblərini qabaqlayaraq çempion adını qazanıb. Kolumbiyalı Xose Luis Diaz Montana ikinci, Braziliya velosipedçisi Qustavo Mesquita Silva üçüncü pillədə qərarlaşıblar.

Çempionatda 35-39 yaş kateqoriyasında kişilərin mübarizəsində boliviyalı Cid Martinez fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çili təmsilçisi Felipe Perez yarışı ikinci, Tiron Cons (Cənubi Afrika Respublikası) üçüncü pillədə başa vurublar.

Kişilər arasında 40-44 yaş kateqoriyasında mübarizədə Fransa idmançısı Kristof Tardivet birinci yeri tutub. Niderlandlı Cunni Breyta yarışı ikinci, meksikalı Rodriqa Karrillo üçüncü pillədə qərarlaşıblar.

Həmçinin 45-49 yaş kateqoriyasında niderlandlı Riçard Van Zomeren, Fransa velosipedçiləri Olivier İmbert və Cin Renaud Dukos de Lahitte mükafatçılar sırasında yer alıblar.

Bakı mundialında kişilərin yarışında 50 və daha yuxarı yaş kateqoriyasında yeni zelandiyalı Paul Luttrell birinci pillədə qərarlaşıb. Vinsent Klaessens (İsveçrə) ikinci, Qilles Faivre (Fransa) üçüncü pillədə qərarlaşıblar.

Qadınların mübarizəsində 30-39 yaş kateqoriyasında Çili təmsilçisi Karla Ortiz uğurlu çıxışı ilə yadda qalıb. Niderlandlı Şaron Van Dek Kolk və portuqaliyalı Ana Oliviera ilk üçlüyü tamamlayıblar.

Mundialda qadınlar arasında 40 və daha yuxarı yaş kateqoriyasında Niderland velosipedçisi Rebekka Neus-Viçman bütün rəqiblərini qabaqlayıb. Avstraliya velosipedçiləri Melanie Qibson və Sendi Kameron müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM