Alternative content

11:24 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV On beş rayonun bəzi ərazi vahidlərinin adları dəyişdirilir
On beş rayonun bəzi ərazi vahidlərinin adları dəyişdirilir
ANA SƏHİFƏ / PARLAMENT
06:06 05.06.2018

İyunun 5-də Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə gündəliyi təqdim edib.

İclasda “Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə” qanun layihəsinə baxılıb. Arif Rəhimzadə qanun layihəsi barədə məlumat verib.

Sonra parlamentin elm və təhsil komitəsinin sədri, Milli Məclis yanında Toponimiya Komissiyasının sədri İsa Həbibbəyli bildirib ki, Azərbaycan Respublikasının 15 rayonunun 25 yaşayış məntəqəsinin adının dəyişdirilməsi haqqında təkliflər Milli Məclisə daxil olub. Milli Məclisin Toponimiya Komissiyasının üzvlərinin iştirakı ilə məsələyə baxılıb və bununla bağlı müvafiq qərar qəbul olunub.

Qeyd edilib ki, Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının kənd və qəsəbələrinin adları dəyişdirilir. Ağsu rayonu üzrə Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi, Astara rayonu üzrə Kakalos kənd inzibati ərazi dairəsi tərkibindəki Qamışovka kəndi Qamışoba, Goranboy rayonu üzrə Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndi Düzqışlaq, Əzizbəyov kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Kəhrizli, Göygöl rayonu üzrə Xanlar qəsəbəsi Ağdağ, Yeni Zod kənd inzibati ərazi dairəsi tərkibindəki Mixaylovka kəndi Bənövşəli, Xaçmaz rayonu üzrə Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çaykənarı, Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu, Uzunoba kənd inzibati ərazi dairəsi tərkibində Krasnı Xutor kəndi Şıxlı və s. adlandırılır.