Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:41 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər gövdə hüceyrələrinin köçürülməsi üzrə “inqilabi” əməliyyat aparıblar
Alimlər gövdə hüceyrələrinin köçürülməsi üzrə “inqilabi” əməliyyat aparıblar
ANA SƏHİFƏ / Səhiyyə
02:06 05.06.2018

ABŞ-ın Kaliforniya Universitetinin tədqiqatçıları dünya klinika təcrübəsində ilk dəfə olaraq onurğa beyninin xroniki zədəsi olan pasiyentlərə əsəb gövdə hüceyrələri köçürülməsi üzrə əməliyyatın ilkin mərhələsinin uğurla başa çatdığını bildiriblər.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, köçürülmə dörd pasiyentdən üçündə ciddi fəsadlar törətmədən onların vəziyyətinin yaxşılaşması ilə nəticələnib. Belə ki, insanın onurğa beynindən alınan əsəb gövdə hüceyrələri xətti istifadə olunub. Dörd könüllüyə hərəyə tərkibində 1,2 milyon gövdə hüceyrəsi olan 6 inyeksiya edilib. Alimlər əvvəlcə bu yanaşmanın təhlükəsizliyini yoxlamaq istəyiblər. Hər şey yaxşı keçib – transplantasiyanın tamamilə təhlükəsiz olması aşkarlanıb.

Yanaşmanın təsirliliyinə gəlincə, mütəxəssislərin fikrincə, dörd könüllüdən üçünün vəziyyətinin yaxşılaşması dramatik nəticə deyil. Hərəki, sensor funksiyalar və elektrofiziologiya kimi göstəricilər təhlil olunub. Hələ 2013-cü ildə alimlər onurğa zədəsi olan siçovullara gövdə hüceyrələrinin köçürülməsi əməliyyatını etmişdilər. Köçürülmənin nəticəsi əsəblərin regenerasiyasında və mobillik göstəricilərinin yaxşılaşmasında ifadə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM