05 Iyun 2018 12:06
440
İDMAN
A- A+

Rusiyalı idmançı: BMX üzrə Bakıda keçirilən dünya çempionatının yüksək təşkilati səviyyəsinə heyran oldum

Mən buraya təcrübə toplamağa, yarışlarda iştirak etməyə gəlmişəm. Bakıda bizi çox yaxşı qarşıladılar. Bura çox xoşuma gəldi. Velosiped treki beynəlxalq standartlara tamamilə uyğundur. Yol çox xoşuma gəldi.

Velosiped idmanının ВМХ (Biker Moto Cross) növü üzrə Bakıda keçirilən dünya çempionatının iştirakçısı, Rusiyanın yeniyetmələrdən ibarət yığma komandasının üzvü Vadim Proxorov bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.

On dörd yaşlı rusiyalı idmançı bildirib ki, Bakıya ilk dəfə gəlib və belə nüfuzlu yarışda ilk dəfə iştirak edir.

V.Proxorov təəssüratlarını bölüşərək deyib: “Bakıda keçirilən çempionatın yüksək təşkilati səviyyəsinə heyran oldum. Mən “Challеnge” qrupunda yarışacağam. Bu qrupda 1300-dən çox idmançı qüvvəsini sınayacaq. Fikrimcə, Azərbaycan idmançıları yaxşı nəticə göstərə biləcəklər, bunun üçün onların hər cür şansı var. Çempionatda çox səmimi ab-hava duyulur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video