Alternative content

15:36 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinə start verilib
Çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinə start verilib
ANA SƏHİFƏ / İDMAN
12:06 05.06.2018

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi Milli Atçılıq Festivalı çərçivəsində iyunun 5-də çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, turnirdə “Sərhədçi”, “Polad”, “Köhlən”, “Murad”, “Buta Qolden” və “Omar” kollektivləri ilə yanaşı, Ağcabədini və Ağstafanı təmsil edən komandalar da mübarizə aparırlar. Turnirin ilk görüşündə “Köhlən” və “Omar” komandaları qarşılaşırlar.

Yarışın proqramına əsasən, iyunun 5-də və 6-da təsnifat mərhələlərinin görüşləri keçiriləcək. İyunun 7-də yarımfinal oyunları təşkil olunacaq. İyunun 9-da isə üçüncü yer uğrunda mübarizə və final oyunları ilə turnirə yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 50 min manatdır.

İyunun 2-də start götürən Milli Atçılıq Festivalına bu ayın 17-də yekun vurulacaq. Festivalın birinci günündə Binə Atçılıq Mərkəzində cıdır üzrə “100 İllik Yubiley Kuboku” turniri keçirilib.

Festival çərçivəsində iyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri təşkil olunacaq. “Elite Horse & Polo Club”un yaşıl arenasında keçiriləcək və iki kateqoriyadan ibarət olacaq turnirin ümumi mükafat fondu 34 min manatdır.

İyunun 15-17-də isə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə artıq altıncı dəfə ölkəmizdə arena polo üzrə Dünya Kuboku yarışları keçiriləcək. Üç gün davam edəcək turnirdə ümumilikdə altı oyun olacaq. Azərbaycanı bu mötəbər yarışda milli polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club”u təmsil edəcək.