Alternative content

20:27 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dəniz qumu üzərində gəzmək də faydalıdır
Dəniz qumu üzərində gəzmək də faydalıdır
ANA SƏHİFƏ / Səhiyyə
12:06 05.06.2018

Yay fəslinin ən gözəl istirahət məkanlarından olan çimərlik mövsümü başlamaq ərəfəsindədir. Lakin çimərlik istirahət məkanı olmaqla yanaşı, həm də sağlamlıq və şəfa mənbəyidir.

AZƏRTAC xəbər verir ki, bir sıra xəstəliklərin sağalmasında dəniz qumunun müalicəvi əhəmiyyəti var.

Mütəxəssislərin dediyinə görə, çimərlikdəki qum dənizdə çimmək və günəş vannası qəbul etmək qədər insan orqanizmi üçün faydalıdır. Dəniz qumu təbii pilinq təsiri göstərir. Hətta keçmişdə şahzadələr də təbii pilinq kimi yalnız dəniz qumundan istifadə edirdilər. Qum qulunc xəstəliyinə və miqrenə də müsbət təsir göstərir. İslanmış dəniz qumunda gəzmək qan damarlarının genişlənməsinə kömək edir, arterial təzyiqi tənzimləyir. Revmatizmdən əziyyət çəkənlərə də qum üzərində gəzmək məsləhət görülür. Üzü dəniz qumu ilə yumaq onun daha təmiz və canlı görünməsinə kömək edir.

Lakin mütəxəssislər dəniz qumunun faydası ilə yanaşı, zərərli tərəflərinin olduğunu da bildirirlər. Məsələn, qumda çox qalmaq iflic olma riski yaradır. Bundan əlavə təzyiq, şəkər və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin də uzun müddət qumda basdırılmış vəziyyətdə qalması məsləhət görülmür.