Alternative content

12:33 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər ömrü uzatmağın effektiv yolunu açıqlayıb
Alimlər ömrü uzatmağın effektiv yolunu açıqlayıb
ANA SƏHİFƏ / Səhiyyə
05:06 04.06.2018

Sürətli yürüş asta gəzinti ilə müqayisədə insan həyatını daha effektiv uzadır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə müvafiq təhqiqat “British Journal of Sports Medicine” jurnalında dərc olunub.

Sidney Universitetinin alimləri İngiltərə və Şotlandiyada 50 min 225 insanın müayinəsindən əldə olunan məlumatlar əsasında təhlillər aparıblar. Tədqiqat iştirakçıları mütəxəssislərə piyada gəzinti zamanı hansı tempi (yavaş, orta, yaxud sürətli) daha çox sevdiklərini bildirib.

Alimlər yaş, cins, ümumi fiziki aktivlik və bədən çəkisinin indeksi kimi faktorlar nəzərə alınmaqla, əldə olunan məlumatları tədqiq ediblər. Məlum olub ki, asta yerişlə müqayisədə orta temp vaxtsız ölüm riskini 20 faiz, sürətli temp 24 faiz azaldır. Habelə gəzintinin müsbət təsiri 60 yaşdan yuxarı insanlarda daha çox nəzərə çarpır. Belə ki, orta temp ürək-damar xəstəliklərindən ölüm riskini 46 faiz, sürətli temp isə 53 faiz azalda bilir.