Alternative content

05:41 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Rusiya-2018”: Belçika millisinin yekun heyəti açıqlanıb
“Rusiya-2018”: Belçika millisinin yekun heyəti açıqlanıb
ANA SƏHİFƏ / İDMAN
05:06 04.06.2018

Futbol üzrə Belçika milli komandasının Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Mark Vilmots heyətdə qapıçılar Tibo Kurtuaua (“Çelsi”, İngiltərə), Kun Kastelsə (“Volfsburq”, Almaniya), Simon Minyoleyə (“Liverpol”, İngiltərə) yer verib. Müdafiəçilərdən Tobi Alderveyreld (“Tottenxem”, İngiltərə), Dedric Boyata (“Seltik”, Şotlandiya), Vincent Kompani (“Mançester Siti”, İngiltərə), Toma Menye (“PSJ”, Fransa), Tomas Vermalen (“Barselona”, İspaniya), Yan Vertonqen (“Tottenxem”, İngiltərə) mundialda çıxış etmək şansına sahib olublar.

Dünya çempionatında komandanın yarımmüdafiə xəttini Yannick Karasko (“Dalyan Ifan”, Çin), Kevin De Brüyne (“Mançester Siti”, İngiltərə), Musa Dembele (“Tottenxem”, İngiltərə), Leander Dendonker (“Anderlext”, Belçika), Maruan Fellaini (“Mançester Yunayted”, İngiltərə), Eden Hazard (“Çelsi”, İngiltərə), Torqan Hazard (“Borussiya Menxenbladbax”, Almaniya), Adnan Yanuzay (“Real Sosyedad”, İspaniya), Naser Şadli (“Vest Bronviç”, İngiltərə), Yuri Tilemans (“Monako”, Fransa ), Aksel Vitsel (“Tyanzin Quancian”, Çin) qoruyacaqlar.

Hücum xəttində isə Romelu Lukaku (Mançester Yunayted”, İngiltərə), Dris Mertens (Napoli, İtaliya), Mişı Batşuayi (Borusssiya Dortmunt”, Almaniya) heyətdə yer alıblar.

Belçika yığması mundialın “G” qrupunda Panama, Tunis və İngiltərə milliləri ilə mübarizə aparacaq.