04 Iyun 2018 04:06
785
PARLAMENT
A- A+

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Milli Məclisdə olublar

İyunun 4-də Milli Məclisdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Gənclər Birliyinin bir qrup üzvü Milli Məclisdə olub.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı rayonundan deputat Sevinc Fətəliyeva qonaqlara parlamentin fəaliyyəti, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, qəbul edilən sənədlər barədə məlumat verib. O, 2018-ci ilin Prezident tərəfindən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin təsadüfi olmadığını, bu ilin xalqımızın şərəfli tarixində parlaq bir səhifə olduğunu vurğulayıb. Bu görüşün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbirlərə hazırlıq ərəfəsində baş tutmasının əhəmiyyəti qeyd edilib.

Görüşdə iştirak edən parlamentin komitə sədrləri Siyavuş Novruzov və Ülvi Quliyev, millət vəkili Kamran Bayramov vurğulayıblar ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin taleyi çox böyük təhdidlərlə üz-üzə qalmışdı. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı qısa müddətdə mövcud problemlərin həllində xüsusi rol oynadı. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə Gənclər Günü təsis olundu, respublika gənclərinin ilk Forumu keçirildi, idman sahəsində böyük nailiyyətlərə imza atıldı. Azərbaycanda gənclərin ictimai həyata inteqrasiyasını sürətləndirmək, həyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün qanunvericilik bazası yaradıldı, böyük kapital qoyuluşları reallaşdırıldı. Bu gün gənclər Azərbaycanın güclü dayaqlarından birinə çevriliblər. Ölkəmizdə gənclərin bütün istiqamətlərdə fəaliyyəti üçün geniş imkanlar yaradılıb. İndi gənclərimiz proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. YAP Gənclər Birliyi isə bu gücün Azərbaycan cəmiyyətində fəaliyyət göstərən ən öncül, ən aparıcı hissəsidir.

Görüşdə ölkəmizdə gənclər siyasəti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, gənclərə dövlət dəstəyi və qayğısı, Azərbaycan gəncliyinin əldə etdiyi nailiyyətlər, həyata keçirilən dövlət proqramları barədə geniş fikir mübadiləsi aparılıb. Gənclərlə keçirilən belə görüşlərin əhəmiyyəti vurğulanıb, bu ənənənin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda gənclər onlar üçün yaradılmış bugünkü fürsətə görə parlament rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onları maraqlandıran suallar Milli Məclisin deputatları tərəfindən cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video