Alternative content

01:47 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan
ANA SƏHİFƏ / Məktublar
03:06 04.06.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə Tatarıstan sakinləri adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin. Sizə və ölkənizin bütün vətəndaşlarına xoşbəxtlik, sülh və həmrəylik, bundan sonra da hərtərəfli inkişaf arzu edirik.

Azərbaycanın bugünkü firavanlığı bir əsr bundan əvvəl “Bir kərə yüksələn bayraq bir daha enməz!” sözləri ilə həmin dövr üçün mütərəqqi siyasi, sosial-iqtisadi hüquqlar və azadlıqlar, Azərbaycan dövlətçiliyinin inkişafına sanballı təkan verən hadisələrlə başlanıb. Sevindirici haldır ki, keçmişin idealları və zəfərləri ahəngdar şəkildə genişlənərək bugünkü nailiyyətlərə və respublikanın inamlı gələcəyi üçün möhkəm təmələ çevrilib.

Qardaş Azərbaycan xalqının bu əlamətdar yubiley sevincinə şərik olduğumuzu bildirir və ümid edirik ki, səmərəli Tatarıstan-Azərbaycan əməkdaşlığı da azərbaycanlıların və tatarıstanlıların firavanlığına şərait yaradacaq, Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığının möhkəmləndirilməsinə xidmət edəcək.

Səmimi hörmət və ən xoş bayram arzuları ilə

 

Rüstəm Minnixanov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti