Alternative content

12:01 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Meksika millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb
Meksika millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb
ANA SƏHİFƏ / İDMAN
03:06 04.06.2018

Futbol üzrə Meksika milli komandasının Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Xuan Karlos Osoriyo açıqladığı heyətdə aşağıdakı futbolçular yer alıblar:

Qapıçılar - Xesus Korona (“Kruz Azul”), Alfredo Talavera (“Toluka”, Meksika), Qilyermo Ocoa (“Standart”, Belçika), müdafiəçilər - Edson Alvarez (“Amerika”, Meksika), Uqo Ayala (“Tiqres”, Meksika), Xesus Qalyardo (“Unam”, Meksika), Miqel Layun (“Sevilya”, İspaniya), Ektor Moreno (“Real Sosyedad”, İspaniya), Dieqo Reyes (“Portu”, Portuqaliya), Karlos Solsedo (“Ayntraxt”, Almaniya), yarımmüdafiəçilər - Marko Fabian (“Ayntraxt”, Almaniya), Xonas Dos Santos, Djovani Dos Santos (hər ikisi – “Los Anqeles”, ABŞ), Andreas Quardado (“Betis”, İspaniya), Hektor Herera (“Porto”, Portuqaliya) Rafayel Markez (“Atlas”, Meksika), hücumçular - Xavyer Akino (“Tiqres”, Meksika), Xavyer Hernandez (“Vest Xem”, İngiltərə), Raul Ximenez (“Benfika”, Portuqaliya), Irvinq Losano (“PSV”, Hollandiya), Oribe Peralta (“Amerika”, Meksika), Karlos Vela (“Anqeles”, ABŞ), İsa Manuyel Korona (“Porto”, Portuqaliya).

Qeyd edək ki, Meksika yığması mundialda “F” qrupunda Almaniya, İsveç və Koreya Respublikası milliləri ilə mübarizə aparacaq.